Qarabağ

DAHA BİR ŞAD XƏBƏR-“Düşmənin bütün mövqelərinə dağıdıcı zərbələr endirilir”

“Azərbaycan artilleriyasının güclə dəstəyi ilə Ordumuzun əks-hücum əməliyyatları davam edir”.

Bunu döyüş bölgəsində oktyabrın 14-ü saat 15:00-a qədər olan vəziyyət haqda məlumat verən Yenicag.az-ın cəbhə zonasında ezamiyyətdə olan əməkdaşı Səxavət Məmməd bildirib.

Səxavət Məmmədin məlumatına görə,dünən təxminən saat 05:25-dən sonra Azərbaycan ordusu düşmənin Tərtər istiqamətini atəşə tutan bütün mövqelərinə dağıdıcı zərbələr endirir:

Sitat. “Nəticədə gecə saatlarına qədər demək olar ki, Tərtər rayonuna düşmən artilleriyasının heç bir hücumu olmayıb. Ümumiyyətlə, Ağdam istiqamətində də nisbi sakitlik yarandı. Səhər saatlarında isə Ağdamın Baharlı qəsəbəsinə açılan atəş nəticəsində 2 nəfər mülki şəxs yaralandı.

Bu gün səhər saat 07:00-07:15 radələrindən başlayaraq, düşmən Tərtər və Ağdam istiqamətini yenidən raket və tanklardan atəşə tutdu. Bundan bir qədər sonra ermənilərin atəş nöqtələri bölmələrimiz tərəfindən susduruldu. Hazırda düşmən Tərtər rayonunun Səhləbad kəndini yenidən tanklardan atəşə tutur.

Azərbaycan artilleriyasının güclü dəstəyi ilə Ordumuzun əks-hücum əməliyyatları davam edir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button