Cəmiyyət

“Həkimləri pisləyənlər, izləyici sayını artıranlar səngərə yardım etmir və ya edirlər mən görmürəm”-TANINMIŞ HƏKİM AYNURƏ HİDAYƏTQIZI

“Xalq olaraq hamımız səngərdəki əsgərə, bizi səbirsizliklə gözləyən Qarabağa, qədim yurd yerlərimizin işğaldan tam azad olacağı günə köklənmişik. Ali baş komandanımız, möhtərəm,cənab prezidentimiz İlham Əliyevin, cəsur, mərd ordumuzun və əsgərlərimizin sayəsində o müqəddəs günə də sayılı günlər qaldı”.

Bu fikirləri tanınmış həkim Aynurə Hidayətqızı Analoq.az -a bildirib.

Aynurə Hidayətqızı həmçinin bu günlərdə torpaqlarımızın azadlığı üçün səngərdə mətin dayanan əsgərlərimizə dəstək verməyən bəzi şou-biznes nümayəndələrini də sərt tənqid edib: “Həkimləri tənqid edib, canları çıxsın deyənlər, əyinlərinə hərbi forma geyinib manikurlu, uzun dırnaqlarla bayraq tutub özlərini reklam edənlər, dodaqların önə çıxarıb, həkimləri pisləyənlər, izləyici sayını artıranlar səngərə yardım etmir və ya edirlər mən görmürəm. Pandemiyayla mübarizə aparan həkimlər bu gün səngərdə əsgər və zabitlərimizin yanındadırlar. Üç şəhid həkimimiz də var

Mən hərbi qeydiyyatda olan həkiməm. Hər an dövlətimizin çağırışıyla cəbhə bölgəsində igid qardaşlarımızın yanında çiyin-çiyinə dayanmağa hazıram. Bu çağırışdan da qürur duyuram, duyacam da.

Biz Qarabağ , torpaq üçün canımızdan keçməyi bacaran xalqıq, bunu da bir daha da sübut etdik”.

Analoq.az

Daha çox
Back to top button
Close