Qarabağ

Füzuli şəhəri istiqamətində əsas strajeti yüksəkliklər də ordumuzun nəzarətindədir

Azərbaycan ordusunun sentyabr ayının 27-dən düşmənə qarşı başlatdığı əks-hücum əməliyyatı davam edir.”Yeni Müsavat” qəzetinin Füzuliyə ezam olunan reportyorları xəbər verir ki, cəbhənin ən gərgin nöqtəsi olan Füzulidə döyüşlər davam edir.

Döyüşlərin başladığı ilk gündən etibarən qələbə xəbərlərinin gəldiyi Füzuli istiqamətində ordumuz ilk gündən olduğu kimi nəzarəti tam əldə saxlayır.

Dünən də xəbər vermişdik ki, ordumuz daha bir neçə düşmən texnikasını qənimət olaraq ələ keçirib.

Bu istiqamətdə bir çox kəndlərimiz işğaldan azad edilib. Artıq işğal altında olan Füzuli şəhəri istiqamətində əsas strajeti yüksəkliklər də ordumuzun nəzarətindədir.

Bu gecə və səhər saatlarında düşmən Füzulinin əsasən Alıxanlı və Şükürbəyli kəndlərini atəşə tutub. Təlafat və itkimiz yoxdur.

Dünən cəbhənin bu istiqamətində gərginlik daha da artıq müşahidə edilirdi. Bu gecə isə nisbi sakitlik olduğunu deyə bilərik.

Şəhər saatlarından – təxminən 8:30 radələrindən ağır artileriya qarşılıqlı olaraq işə düşüb.

Qeyd edək ki, bu gün artıq atəşkəsin 6-cı günüdür. Lakin düşmən atəşkəsə ilk gündən əməl etməyərək cəbhəboyu kəndləri, şəhərləri, mülki əhalini hədəfə alıb.

Analoq.az

Daha çox
Back to top button
Close