Cəmiyyət

Tanınmış psixoloq Elmir Əkbər şəhid ailəsinə etinasızlıq göstərib

Tanınmış psixoloq Elmir Əkbər şəhid ailəsinə etinasızlıq göstərib.Belə ki, psixoloq ona müraciət edən şəhid ailəsini konsultasiyaya qəbul etməyib.Şəhidin anası Gültəkin Paşayeva Cebhe.info-ya tanınmış psixoloqdan şikayət edib.

O bildirib ki, psixoloqun qəbuluna düşmək üçün köməkçisinə zəng edib:

“Köməkçisinə zəng etdim ki, psixoloqla bizi görüşdürsün. O da dedi ki, bir saatdan sonra zəng edin. Hər dəfə “bir saatdan sonra” deyildi, amma bizi qəbul etmədilər. Mən onlara bildirdim ki, oğlum sabah səhər yenidən döyüş bölgəsinə getməlidir, bizi psixoloqla görüşdürün Bu zaman psixoloq bildirdi ki, sizi daha sonra yığacağam, indi yanımda adam var. Sonda da dedi ki, bu gün vaxtım yoxdur. Daha sonra mənə “Sabah saat 6 üçün gəlin” dedilər. Amma daha gec idi, oğlum qayıtmalıydı”.

Şəhid anası bildirib ki, müharibə başlayandan bəri hər iki oğlu da döyüş bölgəsində olub. Onlardan biri Paşayev Samir döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu zaman hadisəyə şahid olan onun qardaşı ağır psixoloji travma alıb. Qardaşının dəfni üçün iki günlük Bakıya göndərilən döyüşçünün ailəsi ona psixoloji dəstək göstərmək üçün tanınmış psixoloqa müraciət etsə də, müraciət etinasızlıqla qarşılanıb.

Qeyd edək ki, bizim də psixoloqla danışmaq cəhdimiz alınmayıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button