Qarabağ

Terrorçu Araik Artunyan vəziyyətin pis olduğunu etiraf etdi

Dağlıq Qarabağdakı terrorçu xuntanın rəhbəri Araik Harutyunyan müxtəlif ölkələrdə yaşayan qarabağlı ermənilərə müraciət edib.

A.Harutyunyan müraciətində deyib: “Əziz dostlar, əziz ermənilər! Qarabağ indiyə qədər heç olmadığı kimi müdafiəyə ehtiyac duyur.

Əvvəla, evlərinizi, babalarınızın məzərlarını, uşaqlarınızın gələcəyini müdafiəsiz qoymağa mənəvi hüququnuz yoxdur.

Qarabağdan kənarda təhlükəsiz yaşayıb yaratmaq üçün özünüzə və ailənizə layiqli həyat tapa biləcəyinizi düşünürsünüzsə, dərindən yanılırsınız.

Bu, son savaşımızdır. Bu savaşdan imtina etməyə şaqqımız yoxdur və fərarilik xəyanətə bərabərdir. Düşmənlə sonadək vuruşmalıyıq.

Savaşa qatılmış qardaşlarınıza qatılmağa tələsin.

Nə qədər gec deyil, qayıdın.

Əməlinizə insanlar və tarix qiymət verəcək.

Lənət əvəzinə xeyir-dua və minnətdarlıq yolunu seçin.

Sizi gözləyirik! Vəziyyətimiz pisdir, gəlin!”

Analoq.az

Daha çox
Back to top button
Close