Ölkə

“Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil”-PREZİDENT İLHAM ƏLİYEV

“Məni ən çox üzən bizim itkilərimizdir, həm mülki şəxslər arasında, həm də əsgərlər arasında…”APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 16-da Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində “Sizi bu müharibədə ən çox üzən, xoşbəxt edən, təsirləndirən nə oldu” sualını cavablandırarkən bildirib.

Dövlət başçısı deyib ki, bizim gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid olurlar: “Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, onların valideynləri üçün böyük faciədir. Ona görə hər bir azərbaycanlının həlak olması mənim üçün ən böyük üzüntüdür, istər mülki şəxs, istər hərbçi olsun. Fərq etməz, onların hamısı bizim soydaşlarımızdır, bizim övladlarımızdır, qardaşlarımızdır. Ən çox xoşbəxt edən Azərbaycan xalqının iradəsidir. Çünki mərmi altında yaşayan insan yerindən tərpənmir. Tərtəri Ermənistan Stalinqrada çevirdi, ikinci Ağdama, Füzuliyə çevirmək istəyirlər. Nədən sən bu mülki şəhəri atəşə tutursan? Bax o dəfn mərasimi olsun. Bu gün səhər iki saat ərzindən 200-dən çox mərmi atıldı. Tərtərdə nə var? İnsanlar yaşayır. O erməni faşizmidir. Bir də ki, qorxutmaq istəyir, bir də ki, fikri doxsanıncı illərə gedir, onlar bizə hücum edirdilər, bizim ordumuz onların qabağında dura bilmirdi və bizim vətəndaşlar o bölgələri tərk etdi və qaçqın-köçkünə çevrildi. O fikirlə yaşayırlar. Amma bilməlidirlər ki, indiki Azərbaycan o Azərbaycan deyil. İndiki Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən dövlətdir. Bizim insanların mərmi altında yaşaması orada durması və evləri də yanır, malları da batır, deyir ki, vətən sağ olsun. Məni ən çox xoşbəxt edən budur. Eyni zamanda bununla bərabər, bizim bayrağımızı işğaldan azad edilmiş torpaqlarda görməyimdir. Məni ən çox xoşbəxt edən bunlardır”.

Analoq.az

Daha çox
Back to top button
Close