Elm və təhsilQarabağ

Cəbhəyə könüllü gedən tələbələr geri dönəndən sonra təhsillərini davam etdirəcəklər

“İnşallah, cəbhəyə könüllü gedən tələbələr geri dönəndən sonra təhsillərini davam etdirəcəklər. Əsas o tələbələrin zəfərlə geri qayıtmalarıdır. Bildiyiniz kimi, sosial həssas qrupdan olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı qərar var.

Keçən semestr 15 mindən çox tələbəyə ödənişlər edilib. Oktyabrın sonu, noyabrın əvvəli 12 min tələbə üçün yenidən təhsil haqqı ödənişi ediləcək.

Bu il birinci kursa qəbul olan tələbələrə də müraciətlər əsasında müvafiq qaydada ödəniş edilməsi nəzərdə tutulub. Bu qayda ilə bu semestr 15 mindən çox tələbənin maliyyələşdirilməsini nəzərdə tuturuq” – deyə Təhsil naziri Emin Əmrullayev bildirib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button