Gündəm

“Masaya qədər Azərbaycan ordusu artıq potensialı və silahı tanınmış Ermənistana zərbələrini endirməlidir”-QAFAR ÇAXMAQLI

İki gün öncə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bildirilir ki, telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyət ətraflı müzakirə olunub. Hər iki tərəfdən humanitar atəşkəsə riayət olunmağın vacibliyi vurğulanıb.

Putin və Ərdoğan ATƏT-in Minsk qrupunun işləmələri əsasında siyasi prosesin aktivləşdirilməsinin tərəfdarı olduqlarını bildiriblər. Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə keçilməsi üçün həmrəylik səylərinə təcili ehtiyac olduğu vurğulanıb.

Görəsən, doğrudanmı Putin rəsmi Ankaranın münaqişənin həllində yaxından iştirakında maraqlıdır?

Tanınmış ermənişünas alim Qafar Çaxmaqlı Moderator.az-a açıqlamasında deyir ki, artıq kimsə Türkiyə faktorunu görməzdən gələ bilməz:

“Mənə elə gəlir ki, bəziləri Türkiyənin də Minsk qrupunun üzvü olduğunu və yekun konfrans düzənlədiyi təqdirdə burada veto hüququnun olduğunu unudurlar. Azərbaycanın əleyhinə və ya bizi təmin etməyən qərar heç vaxt qəbul edilə bilməz. Şübhəsiz ki, həmsədr ölkələr bunları bilirlər. Türkiyəni bu proseslərdən kənarda saxlamaq mümkün deyil və Lavrov kimi ermənilərin cəhdləri əbəsdir. Hesab edirəm ki, Türkiyənin lideri bunları Putinə xatırladıb və müharibənin sonuclarının Rusiya üçün məqbul variantları diqqət mərkəzinə gətirilib. Rusiya bu münaqişənin içində olsa da onun iradəsinin həlledici olmayacağı artıq gedişatdan da bəllidir. Çünki sahədə və masada Türkiyə olacaq. Bu reallığı Rusiya və Ermənistan qəbul etməlidir. Amma masaya qədər Azərbaycan ordusu artıq potensialı və silahı tanınmış Ermənistana zərbələrini endirməlidir”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button