Ədəbiyyat

“Şanlı ordumuz düşməni susdurur” – AÇIQLAMA

“Hər kəsə məlumdur ki, Ermənistan havadarlarının köməkliyi ilə torpaqlarımızı işğal edib. Azərbaycan xalqı sülhsevərdir, müharibə istəmir, fəqət azğın düşmən torpaqları qaytarmaq fikrində deyil. Ermənistan nə BMT-nin 4 qətnaməsinə əməl edir, nə də tarixi torpaqlarımızı geri qaytarır. Sülh danışıqlarına gəlmir, mütəmadi olaraq atəşkəsi pozur. Artıq xalqın səbr kasası daşıb. İnanıram ki, Ali Baş Komandan, Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bütöv Qarabağımızı işğaldan azad edəcəyik. Hər gün doğma torpaqlarımızın bir hissəsi yadelli işğalçılardan geri alınır”.

Bu sözləri “Ədalət” qəzetinə açıqlamasında filologiya elmləri doktoru, professor Vüqar Əhməd söyləyib:

“27 sentyabr tarixində ermənilərin atəşkəsi pozması nəticəsində əks-hücum əməliyyatı başladı. Bu 2-ci Qarabağ savaşıdır. Şanlı ordumuz düşməni susdurur. Şərəfsiz ermənilər isə beynəlxalq hüquq normalarına riayət etməyərək, hətta beynəlxalq hüququ kobud şəkildə pozaraq mülki əhalimizə müxtəlif növlü silahlardan istifadə etməklə atəşlər açır, günahsız insanları öldürürlər. Bunlar böyük cinayətlərdir. Azərbaycan ərazisinə raketlərdən atəş açılması müharibə cinəyətidir. Törətdikləri əməllər erməni vandalizminin mahiyyətini izah edir. Baxın, saymaqla bitməyən yüzlərlə erməni cinayətləri var. Xocalı soyqırımı bu cinayətlər arasında ən böyüyüdür. İnsanlığa, bütövlükdə humanizmə sığmayan Xocalı soyqırımı beynəlxalq cinayətdir. 1948-ci ildə BMT Baş Assambleyası tərəfindən 260 A saylı qətnamə ilə qəbul edilmiş “Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar” konvensiyası, Nürnberq Hərbi Tribunalının Nizamnaməsi, Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (4-cü maddə), Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (1-ci maddə) Xocalı soyqırımının beynəlxalq hüquq tərəfindən soyqırım cinayət aktı kimi tanınmasının hüquqi əsaslarını formalaşdırır.

Ermənilər işğal etdikləri Azərbaycan torpaqlarında nələr etməyiblər?! Bu torpaqlar bizə məxsusdur. Amma onlar orada bizim mədəniyyət abidələrimizi, məscidlərimizi, məktəblərimi dağıdıblar, məhv ediblər. Bunların hər biri cinayətdir.

İnanırsınız, Qarabağı tez-tez yuxularımda görürəm. Bir dəfə yuxularımdan birini də qələmə almışdım:

“Şuşanı yuxumda gördüm dün gecə,
Şəhərim bərbaddı, İlahi necə?!
Gecəykən röyada gündüz, həm gecə,
Cənnət bağındayam-Qarabağdayam”.

Allah Azərbaycan ordusunu var eləsin. Allah Cənab Prezident İlham Əliyevi qorusun. Cənab Prezidentin düzgün və uğurlu siyasətinin nəticəsində Azərbaycan bu gün öz torpaqlarını geri alır. Haqq bizimdir. Cənab Prezident İlham Əliyev demişkən: “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır”.

Sonda professor Vüqar Əhmədin Vətənpərvərlik mövzusunda olan şeirlərinin bir qismini təqdim edirik.

Azərbaycanlıyam

Gözəl vətənimə, elə bağlıyam,
Mən Azər türküyəm, odlar oğluyam,
Bakılı, gəncəli, qarabağlıyam.
Xətai yurdunun mənəm aslanı,
Savalan dağıyam, dağa bağlıyam.
Yağı qarşısında nədən ağlayım?
Polad iradəli Mübarizəm mən,
Naxələf qonşuda etibar olmaz,
Çörək itirəndən, bizə dost olmaz.
Mən Turan elliyəm,mən türk oğluyam.
Hazıram savaşa, əlimdə silah,
Az qalıb düşməni gərək dağlıyam,
Göygölüm, Xəzərim, Kürüm, Arazım,
Abşeron, Qazaxım- qoşmam, qəzəlim.
Təbriz bayatımdır, Şuşa muğamım…
İstanbul, Naxçıvan – mənim dayağım.
Göyçə gölü həsrət- qəmli bulağım,
Tovuzda şəhid var, nəmdi yanağım.
Azərbaycan canım, sənə bağlıyam.
Bu gün nə sirvanlı, qaradağlıyam,
Lənkəran, şəkili, naxçıvanlıyam,
Bu gün fəqət həm də QARABAĞLIYAM.
Mən fəxr edirəm ki, AZƏRBAYCANLIYAM.

***

Azərbaycan

Yağmurludur qışım, yazım,
Qəmli çalır telli sazım,
Bayrağımdı canamazım.
Həm gülərdi, həm ağlayan,
Azərbaycan, Azərbaycan.

Biz Məcnunuq,osa Leyli,
Ona saldıq mehri-meyli,
Həm Qüzeyli, həm Güneyli
Qarabağçın saç ağardan,
Azərbaycan, Azərbaycan.

Havalana-havalana,
Yol gedirəm Savalana,
Dua edib Yaradana.
Təbrizimə deyirəm:- Can!
Azərbaycan, Azərbaycan.

Savaşlarda yaralandı,
Torpaqları paraladı,
Iki yerə aralandı.
Bir olacaq görən haçan?
Azərbaycan, Azərbaycan.

Altmış milyon soydaşımız,
Azər türkü qardaşımız,
Ayrı düşüb göz yaşımız.
Göydə Allah, yerdə “Quran”,
Qələbə çal Azərbaycan.

***

Vətən

Vətən nəçidir, nədir?
Ürəyimin içidir,
Vətən mənimçin nədir?
Səcdəgahdır, qiblədir.
Bu dünyanı o mənə
Cani-dildən sevdirir,
Çox şirindir, bal dadır,
Güneydə, Qarabağda,
Amma məni ağladır.
Gülənləri güldürür,
Öz qanı çox qaradır.
Türkün nərəsi gəlsə,
Ermənini öldürür.
Vətən bizimçün kimdir?
Bir loğmandır, həkimdir.
Tarımda sarı simdir,
O,muğamdı, qəzəldi,
Dünyada ən gözəldi,
Vətən hara, hardadır?
Göyçə, Borçalı, Təbriz,
Xəzər adlı göy dəniz.
Dərbənddən ta Zəncana,
Doğmadır şirin cana,
Bizim Azərbaycana.
Vətən Kürüm,Arazım,
Tar, kaman, telli sazım.
Vətən harda, haradır?
Bakı, Gəncə, Qubadır.
Bu Vətənin hər göyü,
Türk əsilli obadır.
Qarabağım, Şirvanım,
Qazaxım, Naxçıvanım,
Qəmlidi Savalanım,
Vətən bura, buradır.
Astara, Lənkərandır,
Ərdəbildir, Gilandır,
Kəlbəcər, Zəngilandır,
Vətən bura, buradır.
Boldu nefti, sərvəti,
Malı, varı, dövləti,
Vardır bir də Vətənin –
Şair Vüqar Əhmədi.

***

Qarabağdır

Nə zamandır torpaqlarım işğaldadır,
Gör bu elim, bu Vətənim nə haldadır?
Qarabağda qulaq səsdə, göz yoldadır,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Anam, bacım sən başına qara bağla,
Dolan qara buludlarla dolub ağla,
Yağı düşmən meydan açıb Qarabağda,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Çadırlarda ey doğulan körpə-uşaq.
Uca səsdən, məlahətdən nə danışaq,
İlan mələr bu yerlərdə səsin boğuq,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Gözəl Allah, qaytar mənə torpağımı,
İstəyirəm öz evimi, öz damımı
Gözü yaşlı qoyma mənim sən anamı,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

Qarabağın insanları nəzakətli,
Xanəndələr oxuyurlar məlahətli,
Vüqar Əhməd soruşur ki, nə halətdi,
Torpaqlarım yenə mənim olmayınca,
Ömrüm-günüm, yaşamağım mənə dağdır,
Hissim, duyğum, arzularım Qarabağdır.

***

ŞƏHİD GENERAL POLAD HƏŞİMOVUN XATİRƏSİNƏ (MƏRSİYƏ)

Şəhid oldu el uğrunda bir paşa,
Candan keçdi İlqar ilə o qoşa,
Behiştdəsən, ölməmisən! SƏN YAŞA!!!
Polad iradəli, ay Polad paşam.

Sənin ölümünə ellər ağlayır,
Çiçəklər ağlayır, güllər ağlayır,
Könüllər ağlayır, dillər ağlayır,
Polad iradəli, ay Polad paşam.

Öpürəm ananın yaşlı gözündən,
Balanın, – Ay Ata, deyən sözündən,
Öpürəm o məsum, nurlu üzündən,
Polad iradəli, ay Polad paşam.

Mehdinin, Həzinin yolunu tutdun,
Düşmənin sağını, solunu tutdun,
Sonda, qəhrəmanım,ölümü tutdun,
Polad iradəli, ay Polad paşam.

Gözündə dünyanın malı heçimiş,
Mübariz tək el-canının içiymiş,
Düşmənin də bic doğulan bicimiş,
Polad iradəli, ay Polad paşam.

İLHAMLA getmisən döyüşə, cəngə,
Murdar düşmənimiz heçdi, bir çəngə,
Paşam,bənzəyirdin şirə, pələngə,
Polad iradəli, ay Polad paşam.

Halal idin, hey çəkirdin zəhməti,
Əltutardın əsgərlərə xəlvəti,
Gözüyaşlı qoydunVüqar Əhmədi,
Polad iradəli, ay Polad paşam.

Mətni hazırladı: Rövşən Tahir

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button