AktualAraşdırmaManşet

Dünyanın ən az maaş alan jurnalistləri Azərbaycandadır – ARAŞDIRMA

KİV nümayəndələrimiz 1 saatda 0,69 qəpik, əcnəbi mətbuat işçiləri isə 3 - 118 manat qazanırlar

Həmişə demişəm ki, media cəmiyyətimizin, ictimaiyyətimizin görən güzgüsü, döyünən ürəyi olmalıdır. Amma təəssüf ki, şəxsi maraqlar və maddi imkansızlıq üzündən sözügedən güzgü çirklənib, döyünən ürəkdə qara qanlar axır. Çünki Azərbaycanda bəlkə də yeganə sənət, yeganə peşədir ki, onu seçən əksər insanların aylıq maaşları bəzən illərcə sabit qalır, heç bir artım olmur. Hər il ərzaqların və qida məhsulllarının bahalaşmasına, mal və məhsulların qiymətlərinin yüksəlməsinə, minimum aylıq əməkhaqqı məbləğinin və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılmasına baxmayaraq, əksər KİV nümayəndələri hələ də az məvaciblə öz dolanışıqlarını təmin etməyə cəhd göstərirlər. Ona görə də son illərdə maddi problemlər məngənəsində sıxılan bəzi peşəkar mətbuat işçilərinin mətbuat aləmini tərk etmələri, özlərini və ailələrini dolandırmaq üçün başqa sahələrdə işləyərək çörəkpulu qazanmaları hallarına rast gəlinir.
Qeyd edək ki, Azərbaycan KV-lərinin nümayəndələrinin aylıq əməkhaqlarının minimum, orta və maksimum məbləğləri barədə konkret statistik məlumatlar yoxdur. Ancaq bununla belə, jurnalistlərin orta aylıq əməkhaqqının təxminən 500 manat civarında olduğunu qəbul etsək, 1 il ərzində KİV nümayəndələri 6000 manat pul qazanırlar. Bir sutkanın 24 saat və bir ayı 30 gün götürsək, yəni 24-ü 30-a vursaq 720 saat edir. Orta aylıq maaş olan 500-ü 720-yə bölsək, bu rəqəm 0,69 qəpik edir. Bu da jurnalistlərin 1 saata qazandıqları məbləğdir. Xarici ölkələrdə mətbuat işçilərinin 1 saatlıq qazancı isə 3 – 118 manat civarında dəyişir.
30 ildən artıq müddətdir ki dünyanın əksər ölkələrində ayrı-ayrı sahələr üzrə saatlıq, aylıq və illik maaşlar və gəlirlər, həmçinin digər iqtisadi və maliyyə məsələləri üzrə müşahidələr və analizlər aparan, təhlillər edən və bunlarla bağlı hesabatlar yayan dünya şöhrətli https://www.salaryexpert.com yeni hesabatını təqdim edib. Həmin sənəddə əksər dövlətlərdə çalışan jurnalistlərin illik aldıqları orta aylıq əməkhaqqının və 1 saat ərzində qazanılan pulun məbləği göstərilib. Sözügedən hesabat əsasında hazırladığımız statistikanı oxucularımıza təqdim edirik.

Dövlətlər, orta aylıq maaşın illik məbləği və 1 saatlıq qazanc (Azərbaycan manatı ilə):

Belcikada

İllik maaş 88 min 578 avro
1 saatlıq qazanc 43 avro
1 avro = 1,86 manat
88 min 578 avro = 164 min 755 manat 8 qəpik
43 avro = 79 manat 98 qəpik

Bosniya-Herseqovinada

İllik maaş 27 min 112 mark
1 saatlıq qazanc 13 mark
1 Bosniya-Herseqovina markı = 0,96 manat
27 min 112 mark = 26 min 27 manat 52 qəpik
13 mark = 12 manat 48 qəpik

Bolqarıstanda

İllik maaş 42 min 325 lev
1 saatlıq qazanc 20 lev
1 Bolqarıstan levi = 0,95 manat
42 min 325 lev = 40 min 208 manat 75 qəpik
20 lev = 19 manat

Belarusda

illik maaş 29 min 165 rubl
1 saatlıq qazanc 14 rubl
1 Belorus rublu = 0,67 manat
29 min 165 rubl = 19 min 540 manat 55 qəpik
14 rubl = 9 manat 38 qəpik

Bermud adalarında

Illik maaş111 min 413 dollar
1 saatlıq qazanc 54 dollar
1 Bermud dolları = 1,70 manat
111 min 413 dollar = 189 min 402 manat 10 qəpik
54 dollar = 91 manat 80 qəpik

Braziliyada

Illik maaş 155 min 974 real
1 saatlıq qazanc 75 real
1 Braziliya realı = 0,35 manat
155 min 974 real = 54 min 590 manat 90 qəpik
75 real = 26 manat 25 qəpik

Kanadada

Illik maaş 15 min 861 dollar
1 saatlıq qazanc 56 dollar
1 Kanada dolları = 1,26 manat
15 min 861 dollar = 19 min 984 manat 86 qəpik
56 dollar = 70 manat 56 qəpik

Çində

Illik maaş 323 min 811 renminbi
1 saatlıq qazanc 156 renminbi
1 Çin renminbisi = 0,24 manat
323 min 811 renminbi = 77 min 714 manat 64 qəpik
156 renminbi = 37 manat 44 qəpik

Kosta-rikada

Illik maaş 21 milyon 502 min 925 kolon
1 saatlıq 10 min 338 kolon
1 Kosta-rika kolonu = 0,0032 manat
21 milyon 502 min 925 kolon = 68 min 809 manat 36 qəpik
10 min 338 kolon= 33 manat 8 qəpik

Çexiyada

Illik maaş 920 min 295 kron
1 saatlıq qazanc 442 kron
1 çex kronu = 0,077 manat
920 min 295 çex kronu = 70 min 862 manat 71 qəpik
42 çex kronu = 3 manat 23 qəpik

Çilidə

Illik maaş 32 milyon 525 min 11 peso
1 saatlıq qazanc 15 min 637 peso
1 Çili pesosu = 0,0020 manat
32 milyon 525 min 11 peso = 65 min 50 manat 2 qəpik
15 min 637 peso = 31 manat 27 qəpik

Kolumbiyada

Illik maaş 75 milyon 609 min 373 peso
1 saatlıq qazanc 36 min 351 peso
1 Kolumbiya pesosu = 0,00042 manat
75 milyon 609 min 373 peso = 31 min 755 manat 93 qəpik
36 min 351 peso = 15 manat 26 qəpik

Xorvatiyada

Illik maaş 30 min 989 kuna
1 saatlıq qazanc 15 kuna
1 Xorvatiya kunası = 0,25 manat
30 min 989 kuna = 7747 manat 25 qəpik
15 kuna = 3 manat 75 qəpik

Danimarkada

Illik maaş 731 min 567 kron
1 saatlıq qazanc 352 kron
1 Danimarka kronu = 0,25 manat
731 min 567 kron = 182 min 891 manat 75 qəpik
352 kron = 88 manat

Ekvadorda

Illik maaş 39 min 433 dollar
1 saatlıq qazanc 19 dollar
1 ABŞ dolları = 1,70 manat
39 min 433 dollar = 67 min 36 manat 10 qəpik
19 dollar = 32 manat 30 qəpik

Estoniyada

Illik maaş 34 min 159 avro
1 saatlıq qazanc 16 avro
1 avro = 1,86 manat
34 min 159 avro = 63 min 535 manat 74 qəpik
16 avro = 29 manat 76 qəpik

Misirdə

Illik maaş 245 min 353 funt
1 saatlıq qazanc 118 funt
1 Misir funtu = 0,055 manat
245 min 353 misir funtu = 13 min 494 manat 41 qəpik
118 funtu = 6 manat 49 qəpik

Macarıstanda

İllik maaş 10 milyon 931 min 60 forint
1 saatlıq qazanc 5255 forint
1 Macarıstan forinti = 0,0048 manat
10 milyon 931 min 60 forint = 52 min 469 manat 8 qəpik
5255 forint = 25 manat 22 qəpik

Hong Kong SAR-da

Çinin iki xüsusi inzibati bölgəsindən biri olan Hong Kong SAR-da illik maaş 656 min 710 dollar
1 saatlıq qazanc 316 dollar
1 Honq Konq dolları = 0,217654 manat
656 min 710 dollar = 142 min 935 manat 55 qəpik
316 dollar = 68 manat 77 qəpik

Qvatemalada

Illik maaş 299 min ketsal
1 saatlıq qazanc 144 ketsal
1 Qvatemala ketsalı = 0,22 manat
299 min ketsal = 65 min 780 manat
144 ketsal = 31 manat 68 qəpik

Almaniyada

Illik maaş 85 min 783 avro
1 saatlıq qazanc 41 avro
1 avro = 1,86 manat
85 min 783 avro = 159 min 556 manat 38 qəpik
41 avro = 76 manat 26 qəpik

Yunanıstanda

İllik maaş 47 min 758 avro
1 saatlıq qazanc 23 avro
1 avro = 1,86 manat
47 min 758 avro = 88 min 829 manat 88 qəpik
23 avro = 42 manat 78 qəpik

Gürcüstanda

Illik maaş 158 min 772 lari
1 saatlıq qazanc 76 lari
1 Gürcüstan larisi = 0,65 manat
158 min 772 lari = 103 min 201 manat 80 qəpik
76 lari = 49 manat 40 qəpik

Fransada

Illik maaş 74 min 609 avro
1 saatlıq qazanc 36 avro
1 avro = 1,86 manat
74 min 609 avro = 138 min 772 manat 74 qəpik
36 avro = 66 manat 96 qəpik

Finlandiyada

Illik maaş 77 min 293 avro
1 saatlıq qazanc 37 avro
1 avro = 1,86 manat
77 min 293 avro = 143 min 764 manat 98 qəpik
37 avro = 68 manat 82 qəpik

Rusiya Federasiaysında

İllik maaş 1 milyon 731 min 196 rubl
1 saatlıq qazanc 832 rubl
1 Rusiya rublu = 0,018 manat
1 milyon 731 min 196 rus rublu = 31 min 161 manat 52 qəpik
832 rubl = 14 manat 97 qəpik

Ruminiyada

İllik maaş 121 min 336 ron
1 saatlıq qazanc 58 ron
1 Ruminiya ronu (ley) = 0,38 manat
121 min 336 ron = 46 min 107 manat 68 qəpik
58 ron = 22 manat 4 qəpik

Portuqaliyada

Illik maaş 49 min 651 avro
1 saatlıq qazanc 24 avro
1 avro = 1,86 manat
49 min 651 avro = 92 min 350 manat 86 qəpik
24 avro = 44 manat 64 qəpik

Filippində

İllik maaş 898 min 728 peso
1 saatlıq qazanc 432 peso
1 Filippin pesosu = 0,030 manat
898 min 728 peso = 26 min 961 manat 18 qəpik
432 peso = 12 manat 96 qəpik

Panamada

İllik maaş 44 min 684 balbao
1 saatlıq qazanc 21 balboa
1 Panama balbaosı = 1,70 manat
44 min 684 balbao = 75 min 962 manat 80 qəpik
21 balboa = 35 manat 70 qəpik

Polşada

İllik maaş 167 min 906 zlotı
1 saatlıq qazanc 81 zlotı
1 Polşa zlotı = 0,42 manat
167 min 906 zlotı = 70 min 520 manat 52 qəpik
81 zlotı = 34 manat 2 qəpik

Peruda

İllik maaş 82 min 792 sol
1 saatlıq qazanc 40 sol
1 Peru solu = 0,46 manat
82 min 792 sol = 38 min 84 manat 32 qəpik
40 sol = 18 manat 40 qəpik

Pakistanda

İllik maaş 2 milyon 447 min 647 rupi
1 saatlıq qazanc 1177 rupi
1 Pakistan rupisi = 0,0059 manat
2 milyon 447 min 647 rupi = 14 min 441 manat 11 qəpik
1177 rupi = 6 manat 94 qəpik

Yeni Zelandiyada

İllik maaş 131 min 637 dollar
1 saatlıq qazanc 63 dollar
1 Yeni Zelandiya dolları = 1,03 manat
131 min 637 dollar = 135 min 586 manat 11 qəpik
63 dollar = 64 manat 89 qəpik

Norveçdə

Illik maaş 974 min 775 kron
1 saatlıq qazanc 469 kron
1 Norveç kronu = 0,17 manat
974 min 775 kron = 165 min 711 manat 75 qəpik
469 kron = 79 manat 73 qəpik

Hollandiyada (Niderlandda)

Illik maaş 83 min 971 avro
1 saatlıq qazanc 40 avro
1 avro = 1,86 manat
83 min 971 avro = 156 min 186 manat 6 qəpik
40 avro = 74 manat 40 qəpik

Mərakeşdə

İllik maaş 255 min 557 dirhəm
1 saatlıq qazanc 123 dirhəm
1 Mərakeş dirhəmi = 0,18 manat
255 min 557 mərakeş dirhəmi = 46 min manat 26 qəpik
123 dirhəm = 22 manat 14 qəpik

Meksikada

İllik maaş 504 min 344 peso
1 saatlıq qazanc 242 peso
1 Meksika pesosu = 0,099 manat
504 min 344 peso = 49 min 930 manat 5 qəpik
242 peso = 23 manat 98 qəpik

Maltada

İllik maaş 52 min 690 avro
1 saatlıq qazanc 25 avro
1 avro = 1,86 manat
52 min 690 avro = 98 min 3 manat 40 qəpik
25 avro = 46 manat 50 qəpik

Malayziyada

İllik maaş 133 min 90 ringgit
1 saatlıq qazanc 64 ringgit
1 Malayziya ringgiti = 0,37 manat
133 min 90 ringgit = 49 min 243 manat 30 qəpik
64 ringgit = 23 manat 68 qəpik

Lüksemburqda

Illik maaş 113 min 48 avro
1 saatlıq qazanc 54 avro
1 avro = 1,86 manat
113 min 48 avro = 210 min 269 min 28 qəpik
54 avro = 100 manat 44 qəpik

Qazaxıstanda

İllik maaş 8 milyon 124 min 214 təngə
1 saatlıq qazanc 3906 təngə
1 Qazaxıstan təngəsi = 0,0038 manat
8 milyon 124 min 214 təngə = 30 min 872 manat 1 qəpik
3906 təngə = 14 manat 84 qəpik

Yaponiyada

İllik maaş 9 milyon 217 min 732 yen
1 saatlıq qazanc 4432 yen
1 Yaponiya yeni = 0,012 manat
9 milyon 217 min 732 yen = 110 min 612 manat 78 qəpik
4432 yen = 53 manat 18 qəpik

Yamaykada

İllik maaş 3 milyon 875 min 592 dollar
1 saatlıq qazanc 1863 dollar
1 Yamayka dolları = 0,011 manat
3 milyon 875 min 592 dollar = 42 min 631 manat 51 qəpik
1863 dollar = 20 manat 49 qəpik

İsraildə

Illik maaş 242 min 998 şekel
1 saatlıq qazanc 117 şekel
1 İsrail şekeli = 0,46 manat
242 min 998 şekel = 111 min 779 manat 8 qəpik
117 şekel = 53 manat 82 qəpik

İraqda

İllik maaş 37 milyon 26 min 726 dinar
1 saatlıq qazanc 17 min 801 dinar
1 İraq dinarı = 0,0013 manat
37 milyon 26 min 726 İraq dinarı = 48 min 134 manat 74 qəpik
17 min 801 dinar = 23 manat 14 qəpik

Hindistanda

İllik maaş 15 milyon 65 min 572 rupi
1 saatlıq qazanc 753 rupi
1 hind rupisi = 0,021 manat
15 milyon 65 min 572 rupi = 316 min 377 manat 1 qəpik
753 rupi = 15 manat 81 qəpik

İtaliyada

İllik maaş 65 min 065 avro
1 saatlıq qazanc 31 avro
1 avro = 1,86 manat
65 min 065 avro = 121 min 20 manat 90 qəpik
31 avro = 57 manat 66 qəpik

İrlandiyada

İllik maaş 80 min 864 avro
1 saatlıq qazanc 39 avro
1 avro = 1,86 manat
80 min 864 avro = 150 min 407 manat 4 qəpik
39 avro = 72 manat 54 qəpik

İndoneziyada

İllik maaş 415 milyon 551 rupi
1 saatlıq qazanc 199 min 519 rupi
1 İndoneziya rupisi = 0,00011 manat
415 milyon 551 rupi = 45 min 650 manat 6 qəpik
199 min 519 rupi = 21 manat 94 qəpik

Islandiyada

İllik maaş 11 milyon 844 min 688 kron
1 saatlıq qazanc 5695 kron
1 İslandiya kronu = 0,013 manat
11 milyon 844 min 688 kron = 153 min 980 manat 94 qəpik
5695 kron = 74 manat 3 qəpik

İsveçdə

İllik maaş 703 min 444 kron
1 saatlıq qazanc 338 kron
1 İsveç kronu = 0,16 qəpik
703 min 444 kron = 112 min 551 manat 4 qəpik
338 kron = 54 manat 8 qəpik

Şimali Koreyada

İllik maaş 81 milyon 820 min 88 von
1 saatlıq qazanc 39 min 337 von
1 Şimali Koreya vonu = 0,0013
81 milyon 820 min 88 von = 106 min 366 manat 11 qəpik
39 min 337 von = 51 manat 13 qəpik

Slovakiyada

İllik maaş 38 min 965 avro
1 saatlıq qazanc 19 avro
1 avro = 1,86 manat
38 min 965 avro = 72 min 474 manat 90 qəpik
19 avro = 35 manat 34 qəpik

Səudiyyə Ərəbistanında

İllik maaş 226 min 246 riyal
1 saatlıq qazanc 109 riyal
1 Səudiyyə Ərəbistanı riyalı = 0,45 manat
226 min 246 riyal = 101 min 810 manat 70 qəpik
109 riyal = 49 manat 5 qəpik

Vyetnamda

İllik qazanc 562 milyon 600 min 276 donq
1 saatlıq qazanc 270 min 481 donq
1 Vyetnam donqu = 0,000072 manat
562 milyon 600 min 276 donq = 40 min 507 min 21 qəpik
270 min 481 donq = 19 manat 47 qəpik

Sinqapurda

İllik maaş 107 min 694 dollar
1 saatlıq qazanc 52 dollar
1 Sinqapur dolları = 1,26 manat
107 min 694 dollar = 135 min 694 manat 44 qəpik
52 dollar = 65 manat 52 qəpik

Uruqvayda

İllik maaş 1 milyon 117 min 578 peso
1 saatlıq qazanc 537 peso
1 Uruqvay pesosu = 0,045 manat
1 milyon 117 min 578 peso = 50 min 291 min 1 qəpik
537 peso = 24 manat 16 qəpik

ABŞ-da

İllik maaş 110 min 297 dollar
1 saatlıq qazanc 53 dollar
1 ABŞ dolları = 1,70 manat
110 min 297 dollar = 187 min 504 manat 90 qəpik
53 dollar = 90 manat 10 qəpik

Böyük Britaniyada

İllik maaş 62 min 852 funt-sterlinq
1 saatlıq qazanc 30 funt-sterlinq
1 funt-sterlinq = 2,16 manat
62 min 852 funt-sterlinq = 135 min 760 manat 32 qəpik
30 funt-sterlinq = 64 manat 80 qəpik

Birləşmiş Ərəb Əmirliyində

İllik maaş 320 min 78 dirhəm
1 saatlıq qazanc 154 dirhəm
1 Birləşmiş Ərəb Əmirliyi dirhəmi = 0,46 manat
320 min 78 dirhəm = 147 min 235 manat 88 qəpik
154 dirhəm = 70 manat 84 qəpik

Ukraynada

İllik maaş 652 min 4 qrivna
1 saatlıq qazanc 313 qrivna
1 Ukrayna qrivnası = 0,046 manat
652 min 4 qrivna = 29 min 992 manat 18 qəpik
313 qrivna = 14 manat 39 qəpik

Trinidad və Tobaqoda

İllik maaş 181 min 871 dollar
1 saatlıq qazanc 87 dollar
1 Trinidad və Tobaqo dolları = 0,25 manat
181 min 871 dollar = 45 min 467 manat 75 qəpik
87 dollar = 21 manat 75 qəpik

Tailandda

İllik maaş 942 min 703 bat
1 saatlıq qazanc 453 bat
1 Tailand batı = 0,049 manat
942 min 703 bat = 46 min 192 manat 44 qəpik
453 bat = 22 manat 19 qəpik

Tayvanda

İllik maaş 1 milyon 768 min 268 dollar
1 saatlıq qazanc 850 dollar
1 Tayvan dolları = 0,053 manat
1 milyon 768 min 268 dollar = 93 min 718 manat 20 qəpik
850 dollar = 45 manat 5 qəpik

İsveçrədə

İllik maaş 127 min 126 frank
1 saatlıq qazanc 61 frank
1 İsveçrə frankı = 1,94 manat
127 min 126 frank = 246 min 624 manat 44 qəpik
61 frank = 118 manat 34 qəpik

İspaniyada

İllik maaş 62 min 737 avro
1 saatlıq qazanc 30 avro
1 avro = 1,86 manat
62 min 737 avro = 116 min 690 manat 82 qəpik
30 avro = 55 manat 80 qəpik

Cənubi Afrika Respublikasında

İllik maaş 676 min 635 rend
1 saatlıq qazanc 325 rend
1 Cənubi Afrika rendi = 0,090 manat
676 min 635 rend = 60 min 897 manat 15 qəpik
325 rend = 29 manat 25 qəpik

Argentinada

İllik maaş 4 milyon 969 min 646 peso
1 saatlıq qazanc 2389 peso
1 Argentina pesosu = 0,0060 manat
4 milyon 969 min 646 peso = 29 min 817 manat 87 qəpik
2389 peso = 14 manat 33 qəpik

Avstriyada

İllik maaş 83 min 591 avro
1 saatlıq qazanc 2374 avro
1 avro = 1,86 manat
83 min 591 avro = 155 min 479 manat 26 qəpik
40 avro = 74 manat 40 qəpik

Baham adalarında

İllik maaş 80 min 15 dollar
1 saatlıq qazanc 38 dollar
1 Baham dolları = 1,70 manat
80 min 15 dollar = 136 min 25 manat 50 qəpik
38 dollar = 64 manat 60 qəpik

Təbriz VƏFALI,

Tədqiqatçı jurnalist, Azərbaycan İnformasiya Mərkəzinin direktoru, analoq.az saytının baş redaktoru

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 5]

Back to top button