Ölkə

“Həmin bloqerlərə qarşı mübarizə aparanlara medallar verilsin”

Azərbaycanda Mili Məclisin, dövlətin əleyhinə etikadan kənar ifadələr işlədən bloqerlərlə mübarizə aparan şəxslərə orden və medalların verilməsi təklif edilib. Analoq.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov “Ətraf mühitin mühafizəsi sahəsində fərqlənməyə görə” medalın təsis edilməsi ilə bağlı məsələnin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, ətraf mühitin qorunması deyərkən təkcə ağacların, ekologiyanın mühafizəsi nəzərdə tutulmur: “Bu gün həm də ictimai-siyasi münasibətləri pozan, ətraf mühiti korlayan insanlar, ictimai təşkilatlar, dərnəklər var. Onlar Azərbaycanın uğurlarına, ölkəmizin apardığı siyasətə qarşı çıxırlar. Bu gün ətraf mühiti pozan, xalqın milli-mədəni dəyərlərinə ziyan gətirən bloqerlər var ki, onlar əxlaqdan, etikadan kənar, həm Milli Məclisin, həm də dövlətin, dövlət başçısının ünvanına fikirlər səsləndirirlər. Hesab edirəm ki, bunlara qarşı mübarizə aparan şəxsləri də orden, medallar ilə təltif etmək lazımdır”/qafqazinfo

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button