Ölkə

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedir

Azərbaycandakı diplomatik korpusun nümayəndələri Gəncəyə gedir.APA-nın xəbərinə görə, bu barədə Hikmət Hacıyev “Twitter”də yazıb.”Diplomatik korpus və hərbi attaşelərlə Gəncəyə gedirik. Qoy, beynəlxalq ictimaiyyət Ermənistanın mülki şəxslərə qarşı barbar əməllərini görsün. Ermənistan məsuliyyətindən qaça bilməz”, – deyə H.Hacıyev qeyd edib.İndiyədək dağıntılar altından xəsarət almış 52 nəfər və 13 nəfərin cəsədi çıxarılıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button