Ölkə

Zəngilanı “imperiyaya” çevirmək olar…

• İran və Ermənistan ilə sərhəddə yerləşmə
• Naxçıvan və Türkiyəyə yeganə dəmir yolu və avtomobil yolunun üstündə yerləşmə
• Türkiyədən birbaşa Rusiyaya və orta Asiyaya gedən yeganə dəmir yolunun üstündə yerləşmə
• Nəhəng Mincivan dəmiryolu stansiyasının qurulması imkanı
• Yolüstü hotel və restoranlar, yanacaqdoldurma məntəqələri, marketlər, avtotəmir yerləri, ödənişli uzunmüddətli dayanacaq xidmətləri üçün nəhəng iş imkanları
• Oranı bölgənin digər ölkələrinin iş adamları üçün “offshore” zona etmək imkanı
• Böyük şirkətlərin istehsalat və anbarlarını burada yerləşdirib, onlara məhsullarını Azərbaycan, Naxçıvan, Türkiyə, İran, Rusiya, Gürcüstan, hətta gələcəkdə özünü ağıllı aparsa Ermənistan istiqamətində göndərmə imkanının verilməsi mümkünlüyü
• Təbii sərvətləri, qızıl və digər qiymətli metal yataqları, Çinar meşəsi, bolsulu çay və bulaqları
• Və bütün bunları tam qarantiyaya almaq üçün orada Türkiyəyə hərbi baza verilməsi…

Zəngilanımız üzərindən çox böyük bir pul dövriyyəsini idarə edə bilərik. Həm qonşu ölkələrdən investisiya cəlb edə, həm də yerli insanlarımıza, yerli iş adamlarımıza yeni fürsətlər qazandıra bilərik.

Rüfət Əzizov

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button