ÖlkəRegion

Ermənilərin Gəncəyə raket atması nəticəsində həlak olanlar arasında bir məktəbli də var

Bu barədə Təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsində məlumat verib: “15 yaşlı Nigar Əsgərovanın sabah ad günü olacaqdı. Nigar Gəncə şəhəri 29 nömrəli tam orta məktəbin 10-cu sinfində təhsil alırdı. Bu gecə işğalçı Ermənistanın Gəncəyə raket hücumu nəticəsində evləri başına uçdu və Nigar balamız həlak oldu. Düşmən təcavüzü nəticəsində artıq 4 məktəblimiz həlak olub. Həlak olanlara Allahdan rəhmət, yaralılarımıza isə şəfa diləyirik!”

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button