Sağlamlıq

Dünyanın ümidlə gözlədiyi vaksindən PİS XƏBƏR: “Xəta etdik”

İngiltərənin “AstraZenaca” dərman şirkəti ilə Oksford Universitetinin birlikdə hazırladığı və koronavirusa qarşı 90% müdafiə təmin edən “AZD1222” vaksinilə bağlı gözlənilməz açıqlama gəlib.

Analoq.az xəbər verir ki, vaksinin dozasında xətaya yol verildiyi etiraf olunub.

“New York Times”ın xəbərinə görə, “AstraZeneca” vaksininin bilgilərinin çatışmadığı, yeni bilgilər almaq üçün sınaqların davam edib-etməyəcəyilə bağlı suala “son testlərdə iştirakçılara inyeksiya olunan vaksinin dozasında xəta olduğu” cavabını verib.

Amerikalı mütəxəssislər bu açıqlamadan sonra vaksinə təcili istifadə icazəsinin verilməsi ehtimalının azaldığını bildirir.

“AstraZeneca”nın mətbuat katibi Mişel Meyxell sınaqların ən yüksək standartlarda aparıldığını, dozalama xətasının bir əməkdaş tərəfindən edildiyini bildirib.

Qeyd edək ki, sözügedən vaksindən ikimərhələli şəkildə istifadə olunmalıdır. Bu dozalardan birinin 70%, digərinin isə 90% müdafiə mexanzimi yaratdığı açıqlanıb. İki ölkədə 20 min nəfərin iştirakı ilə aparılan sınaqlarda iki dozanın birlikdə 70% müdafiə təmin etdiyi bildirilir.//publika.az//

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button