Dünya

Rusiya Suriyada su qülləsini bombaladı, bir milyon insan susuz qaldı

Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarələr Suriyanın müxaliflərin nəzarətində olan İdlib əyalətinə yeni zərbələr endirib. Qaynarinfo Reuters-ə istinadla xəbər verir ki, Su-34 qırıcısı bir milyon əhalisi olan şəhəri su ilə təmin edən su qülləsini bombalayıb.
Hadisə şahidləri qeyd edib ki, Türkiyə ilə sərhəddə yerləşən heyvandarlıq və quşçuluq təsərrüfatları da zərər çəkib.

“Ruslar hədəf olaraq infrastruktur və iqtisadi obyektləri seçirlər. Bu, insanların əzabını daha da artırır”, – deyə yerli administrasiya bildirib.
Suriya Mülki Müdafiə Qüvvələrinin ilkin məlumatlarına görə, bir mülki şəxs yaralanıb.

Bu arada, Suriyada Döyüşən Tərəflərin Barışdırılması üzrə Rusiya Mərkəzinin rəis müavini kontr-admiral Oleq Juravlyov İdlibdə snayper hücumu zamanı bir suriyalı əsgərin yaralandığını bildirib. Onun sözlərinə görə, terrorçular Karamanlı rayonundan hökumət qüvvələrinin mövqelərinə atəş açıblar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button