Manşet

“İdrak” liseyində şair, profesor Vüqar Əhmədlə görüş keçirilib

Bu gün tanınmış şair, professor Vüqar Əhmədlə “İdrak” liseyinin kollektivi və rəhbərliyinin onlayn görüşü keçirilib.

Görüşdə liseyin müəllim və şagird heyəti, təhsil müəssisəsinin təsisçisi, Pedaqoji Elmlər Doktoru, professor Mönsüm Ədil oğlu Alışov, Respulikanın əməkdar artisti Cabir Abdullayev və jurnalist Savalan Talıblı iştirak ediblər.

Tədbirdə çıxış edən profeesor Mönsüm Alışov Vüqar Əhmədin Azərbaycan ədəbiyyatındakı rolundan, ictimai-ədəbi fəaliyyətindən, elmi yaradıcılığından və şeirlərinə bəstələnən musiqilərdən geniş söhbət açaraq qeyd edib ki, çağdaş Azərbaycanın elmi-ədəbi mühitinə öz tükənməz potensialı ilə məxsusi rəng qatan Vüqar müəllim həm də bir şəxsiyyət olaraq gənc nəslin milli-mənəvi dəyərlərinin aşılanması prosesində fəallığı ilə seçilir.

Çıxış edən əməkdar artist Cabir Abdullayev Vüqar Əhmədlə uzun illərdən bəri dostluq əlaqələrinin olduğunu qeyd edib və onu ilk dəfə efirə məhz Vüqar müəllim tərəfindən dəvət olunduğunu xatırladıb. Bildirib ki, mədəniyyət sahəsində qazandığı uğurlarda onun da böyük zəhmət payı var. Cabir Abdullayev Vüqar Əhmədə öz minnətdarlıqlarını çatdırıb.

Əməkdar artist Cabir Abdullayev Vüqar əhmədin ” Qarabağ” şeirini canlı ifa edib.

Tədbirin sonunda professor Mönsüm Alışov bildirib ki, koronavirus pandemiyasından əvvəl “İdrak” liseyində tez-tez bu kimi tədbirlər keçirilirdi. Belə ki, ötən il “Nəsimi İlində də bu təhsil ocağı bir çox tədbirlərə ev sahibliyi edib.Professor pandemiyadan sonrarkı, dövrdə də bu ənənənin davam etdiriləcəyini bildirərək tədbir iştirakçılarına uğurlar diləyib.
Görüş maraqlı elmi-yaradıcı, ədəbi diskusiyalarla başa çatıb.

Tədbirdə liseyin şagirdləri şairin şeirlərini söyləyiblər, həmçinin Vüqar Əhmədin fotoloranından ibarət video çarx təqdim edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button