Siyasət

Paşinyan niyə meyitlərini götürməkdən imtina etdi?

Ermənilər təşvişdədirlər. Faktiki olaraq uduzduqlarını anlayırlar. Kor deyillər ki…Azərbaycan ordusunun hər gün yeni əraziləri işğaldan azad etməsini, leşin leş üstə qalaqlanmasını, sağ qalan …yanların geri yanlarına baxmadan üzü İrəvanadək qaçmalarını, əsgərimizin yeni cəbhəxanaları, hətta bütöv hərbi hissəni tank-topu ilə birgə (!) ələ keçirməsini Ermənistanda da görürlər, bilirlər.

Bu mənada Qacaran bələdiyyəsinin sədri Manvel Paramazyanın “Zəngəzuru qorumalıyıq, yoxsa əldən gedəcək”, – deyə əhaliyə müraciət etməsi təəccüblü deyil. Ardınca da Mehri meri camaatı səfərbər olmağa çağırıb. Ermənistandakıların böyük hissəsini artıq Qarabağ məğlubiyyəti deyil, Ermənistanı uduzacaqları xəbəri vahiməyə salıb. Keçən həftə parlament sədri Ararat Mirzoyan demişdi ki, “Qarabağda uduzsaq, Mehri və İrəvanı da itirəcəyik”. Qorxu düşüb canlarına.

Təsəvvür edin, Azərbaycanda iqtidarlı-müxalifətli bütöv xalq birləşib Qarabağın azadlığı naminə, 50-dən çox partiya istənilən ekstremal situasiyada vahid mövqe ortaya qoyur. 90-cı illərdə məğlubiyyətimizin əsas səbəblərindən biri daxildəki qarışıqlıq, siyasi təlatümlər idisə, bugünki qalibiyyətimiz həm də birliyimizi təmin etməyimizlə, Ali Baş Komandanın hər əmrinə hazır olmağımızla bağlıdır. Təlatümlər yaşayan Ermənistanda isə siyasi partiyalar belə, öz aralarında anlaşıb koordinasiyalı addımlar ata bilmir. 13 partiya istəyirdi operativ qərargah yaratsın, bir şey çıxmadı, iqtidar və müxalifət birləşə bilmədi. Ter-Petrosyan belə, sarsıntı içərisindədir. Əslində ermənilər onu hələ 1999-cu ildə eşitsəydilər, bu günə qalmazdılar. Demişdi, sonra gec olacaq…

Amma terrorçu Paşinyan hakimiyyəti həyasızcasına beynəlxalq təşkilatlardan da şikayətlənir, Avropa İttifaqının Gəncə terrorunu pisləməsinə cavab olaraq “dünyada ədalət yoxdur” deyir. Bəli, ədalət olsaydı, Azərbaycanın 1 milyon əhalisi 30 il qaçqın-köçkün həyatı yaşamazdı, Ermənistan ordusunun hər il Ağdamda hərbi təlimlər keçirməsini sadəcə seyr etməzilər, Paşinyanın Qarabağı su yoluna döndərməsinə sərt etiraz olardı. Dünyanın ədalətsizliyindən biz şikayətlənməliyik. Sadəcə erməni hər zaman şivəni sevir axı. Qarabağdan cəhənəm olub getmir, deyir ki, bizə qarşı “dronlu genosid” başlayıb. Çox həyasız tolumdur.

Ermənistan özü humanitar atəşkəsi pozub mərmi yağdırır, amma XİN rəhbəri Mnatsakanyan qaçıb fransalı həmkarı Jan-İv Lö Driana zəng edir ki, ay haray, qoymayın, Azərbaycan bizi qırıb çatır… Azərbaycan Müdafiə Nazirliyi hər gün Ermənistanın yalanlarını təkzib edir. Son həftə ərzində iki atəşkəs anlaşması oldu, Putin və Makronun təklifi ilə. Hər ikisinin üstündən dəqiqələr sonra atəşkəs pozuldu. Üstəlik, Azərbaycanı ittiham etdi erməni terrorçular.

Budur, Bakı elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada (!) hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb. Amma eyni gündə xəbər verildi ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub.

Təəccüblü deyilmi? Məntiqlə İrəvan dərhal təklifi dəyərləndirməli, Qarabağda epidemioloji fəlakətə səbəb ola biləcək meyitlərini almaq üçün hərəkətə keçməli idi. Ancaq hərəkətə keçdi, atəş açmaqla. Bundan əvvəlki atəşkəs razılaşmalarının cavabında Gəncənin, Tərtərin, Ağdamın dinc sakinləri hədəfə alınırdı. Ancaq Bakının “gəl, meyitlərini apar” təklifinə də güllə ilə cavab verdilər. Artıq hər kəs əmindir ki, Ermənistan hakimiyyəti Qarabağ çöllərindəki meyitləri yığışdırıb aparmaq istəmir. Deməli, Ermənistan hakimiyyəti üçün heç bir dəyər qalmayıb. Hətta onun boş, mənasız yerə ölümə göndərdiklərinin cəsədlərini yığıb basdırmaq belə istəmirsə, düşünün biz necə mundar biriləri ilə üz-üzəyik…

Bundan sonra meyitlərin götürülməsini nəzərdə tutan humanitar atəşkəs bəhanəsinə də ehtiyac qalmır. Azərbaycan BMT qətnamələrini təkbaşına yerinə yetirdiyi kimi, Rusiya və Fransanın təklif etdiyi meyitlərin götürülməsi prosedurunun həyata keçirilməsi üçün də təklifini verdi. Bundan əvvəl hətta bizim hərbçilər tibbi xidmət avtomobili ilə ermənilərin meyitlərini yığışdıranda hədəfə alınmışdılar, bir zabitimiz də ağır yaralanmışdı. Deməli, özü siyasi meyitə çevrilən Paşinyana bu gün meyit lazım deyil. Ona ancaq diri erməni lazımdır, Azərbaycana qarşı döyüşmək üçün. İndi də ölkəsində kişi tapa bilmir, döyüşmək üçün Qarabağa 100 qadın göndərir. Meyit olmaq üçün…Elşad Paşasoy Musavat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button