Ədəbiyyat

Fərid Hüseynin “Uçurum peyğəmbəri” adlı kitabı nəşr edilib

Fərid Hüseynin “Uçurum peyğəmbəri” adlı yeni kitabı işıq üzü görüb. Kitabda müəllifin Nizami Gəncəvi, Lev Tolstoy, Yavuz Sultan Səlim, Oskar Uayld, Per Lagerkvist, Nəcib Məhfuz, Leonid Andreyev, Svetlana Boym, Joze Saramaqo, Sadiq Hidayət, Koman Şova, Maksans Fermin, Georges Minois, Əbdürrəhim bəy Haqverdiyev, Əli Kərim, Yusif Səmədoğlu, Məmməd Araz, Vaqif Səmədoğlu, Vaqif Bayatlı Odər, Musa Yaqubun yaradıcılığı haqqındakı məqalələri yer alıb.

“Vektor Beynəlxalq nəşrlər evi”ndə nəşr edilən kitabın redaktoru professor Elçin İsgəndərzadədir.

Kitab 2018-ci ildə müəllifin “Vektor” Beynəlxalq Elmlər Akademiyasının Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat mükafatına layiq görülməsi münasibətilə “Vektor” BEA tərəfindən nəşr edilib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button