Qarabağ

Ordumuz bu kəndləri də işğaldan azad etdi

“Müzəffər Azərbaycan Ordusu Qubadlı rayonunun Zilanlı, Kürd Mahrızlı, Muğanlı və Alaqurşaq kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.Modern.az-ın məlumatına görə, bu barədə Prezident İlham Əliyevin rəsmi “Twitter” hesabındakı paylaşımında bildirilib.

Ölkə başçısı digər tvit-də də bir sıra yaşayış məntəqələrinin işğaldan azad olunmasından bəhs edib:

“Müzəffər Azərbaycan Ordusu Xocavənd rayonunun Dolanlar, Bünyadlı kəndlərini, Cəbrayıl rayonunun Dağ Tumas, Nüsüs, Xələfli, Minbaşılı, Daş Veysəlli, Zəngilan rayonunun Vənədli və Mirzəhəsənli kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Analoq.az

Daha çox
Back to top button
Close