Şou

“Siz axı niyə sevinirsiz?”-Müğənni izləyicilərini təhqir etdi

Nadir Qafarzadə canlı efirdə od püskürüb.Son günlər sosial mediada müğənnilərin toysuz qalmasına sevinən və onları şərhlərdə biabır edən izləyiciləri sənətçi ATV telekanalında yayımlanan “Şou ATV” səhər proqramında sərt şəkildə tənqid edib.

N.Qafarzadə qalmaqallı çıxışı ilə həmkarlarının müdafiəsinə qalxıb:

“Heç bilirsiniz ki, müğənnilərin toysuz qalmasına nə qədər sevinən insan var? Onlar “yaxşı oldu siz müğənnilərə” deyirlər. Amma anlamırlar ki, bizə heç nə olmayıb. Sənətçi harada olsa da, əziyyətə qatlaşıb, pul qazanacaq. Çünki səsi üstündədir. Kimsə müğənninin bağına çağırıb, oxutduracaq.

Siz axı niyə sevinirsiz? Toy olmayacaq, olmayacaq da… Xoruz yox idi, səhər açılmırdı? Ömür boyu biz görmüşük ki, xalqa toy, bayram, şənlik yaraşıb. Necə demək olar ki, toy olmasın? Bu, necə bir arzudur? Deyir ki, arzuya bax sevgilim… Başına dəysin o arzun”.konkret.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button