Siyasət

Makronun islamafobiyası səlib yürüşünün davamıdır

Makronun göstərişi ilə Həzrəti Məhəmmədi təhqir və müsəlmanları narahat edən karikaturalar hökumət binalarından asılıb. Makron ölkəsində yaşayan müsəlmanlara qarşı etdiyi psixoloji təzyiqləri və İslam dini əleyhinə başlatdığı kampaniyasını daha da genişləndirir. Bir müddət öncə fransız müəllimin bir müsəlman tərəfindən öldürülməsindən sonra Makron az qalıb ki, bütün İslam qurumlarına müharibə elan etsin.

Qeyd edək ki, Fransada yaşayan müsəlmanlar Makronun bu addımını sosial şəbəkədə boykot etməyə başlayıblar. Onlar öz profil şəkillərini dini şəkillərlə əvəz ediblər.
Makronun bu addımı səlib yürüşünün davamı kimi qiymətləndirilə bilər. Avropa dəyərlərinə yaraşmayan, dünyaya aşıladığı dəyərlərlə uzlaşmayan bu islamafob addım Fransanın nüfuzuna İslam aləmində böyük zərbə vuracaqdır.

Tural İrfan
Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button