Ədəbiyyat

VÜQAR ƏHMƏD -ƏSGƏRƏ MƏKTUB

Mənim igid dostum, qəhrəman əsgər,
Yorğan – döşəyindi o soyuq səngər,
Düşmən qüvvətini bilməyir məgər?
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Ümid Allahıma dualardadır,
Şuşada bülbüllər yuvalardadır,
İndi əsgər balam- haralardadır?
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə , bizii də gözlə.
QARABAĞ sevinir , gözləri gülür,
Bu torpaq bizimdir, dünyalar bilir,
Sənin atışından min dığa ölür,
Sənə məktub yazdım, seir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Füzuli , Cəbrayıl, Zəngilan bizdə,
Xocavənd, Qubadlı lap əlimizdə,
Kəlbəcərlə Lacın- zəfəri gözlə!
Sənə məktub yazdım, şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Qüvvət biləyində, qüvvət qoldadır,
Ordumin gücündən düşmən dardadır,
Ağdamln, Şuşanln gözü yoldadır,
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə
Xocalının gözü intizardadır,
Deyir igid əsgər görən hardadır?
Qarabağ cənnətdir, ətri bal dadır,
Sənə şeir yazdım şeir sözümlə ,
Gəlirik görüşə, bizi də gözlə.
İLHAMLA gedirsən döyüşə, cəngə,
Döyüşdə dönürsən şirə, pələngə,
Düşmən köpəkoğlu gəlməyir təngə,
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Bir gözümüz gülər, biri ağlayır,
Gəncə şəhidləri qəlbi dağlayır,
Xalqım ümidini sizə bağlayır,
Sənə məktub yazdım seir sözümlə,
Gəlirik görüşə , bizi də gözlə.
Bacoğlu Mətin də sıranızdadır,
Neçə- neçə igid aranızdadır,
Qəhrəmanlıq qanda , canınızdadır,
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.
Allahım, əsgərlər sənə əmanət,
Neyləyək , qonşumuz edib xəyanət,
Sizə qurban olsun – bu Vüqar Əhməd,
Sənə məktub yazdım şeir sözümlə,
Gəlirik görüşə, bizi də gözlə.

Vüqar Əhməd

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button