Ölkə

Prezident İlham Əliyev: “Düşmən bizim qabağımızdan qaçır və qaçacaq, çünki biz haqlıyıq, biz güclüyük

Göstərdikləri mərdliyə görə Qoşulmama Hərəkatına üzv ölkələrə təşəkkür edən dövlətimizin başçısı deyib: “Sağ olsunlar, baxmayaraq ki, onlara təzyiq göstərildi, bəlkə də hədələr oldu. Amma bizim arxamızda kişi kimi durdular, necə ki, biz onların arxasında dururuq. Bu, onu göstərir ki, keçməyəcək. Mənim əziz qardaşım, Türkiyə Cümhuriyyətinin Prezidenti dəfələrlə deyib ki, dünya beşdən böyükdür. Tam haqlıdır. Bax, bu səsvermə onu göstərdi. Birləşdilər, yenə də Ermənistan maraqlarına cavab verən sənədi ortalığa atdılar, amma keçmədi. Çünki ədalət var. Nə qədər bu ədaləti pozsalar da, nə qədər bu haqqı yerə vursalar da, yenə də ədalət var. Ədalət və beynəlxalq hüquq bizim tərəfimizdədir. Ona görə biz yolumuzu davam edəcəyik”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button