Elm və təhsil

Azərbaycan bayrağı ABŞ-ın Cənubi Florida Universitetinin Mühəndislik Kollecində asılıb – FOTOLAR

Azərbaycanın Dövlət Bayrağı ABŞ-ın Cənubi Florida Universitetinin Mühəndislik Kollecində asılıb. Mia.az-ın məlumatına görə, bu barədə FOX 13 televiziya kanalı material hazırlayıb.

Materialda bildirilir ki, Cənubi Florida Universitetində tələbələrin ən çox sevdiyi bir ritualın əhatə dairəsinə dünyanın daha bir ölkəsi əlavə olunub. 152-ci dəfədir ki, kollecdə məzun olan tələbənin şərəfinə daha bir dövlətin bayrağı qaldırılıb.

Azərbaycanlı Vaqif Əsədov üçün Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin binasının foyesinə daxil olmaq təkcə proqram mühəndisi olmağı öyrənməkdən ibarət deyil. Bu, onun üçün tarixin bir parçası olmaq deməkdir.

“İnsanların Azərbaycan haqqında məlumat əldə etməsinə töhfə vermək gözəl hissdir”, – deyə V.Əsədov bildirib.

Mühəndislik Kollecinin bayraqlarla bəzədilmiş guşəsində bir çox aparıcı ölkələrin – Yaponiya, Koreya, Almaniya, İngiltərə və Braziliyanın bayraqları asılıb. Onların arasında Lixtenşteyn, Mavriki, Nepal, Uqanda və Qazaxıstan kimi ölkələr də var.

“Burada əsas məqsəd kollecin qonaqpərvər yer olduğunu nümayiş etdirməkdir,” – deyə Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin dekan müavini Bernard Batson qeyd edib.

Məqalədə Azərbaycanda müasir memarlıqla yanaşı, qədim tarixə malik olan şəhərlərin mövcud olduğu bildirilir. Qeyd olunur ki, həmyerlisi Vaqif Məmmədov ilə birlikdə Cənubi Florida Universitetinin Mühəndislik Kollecinin yuxarı kurs tələbəsi Vaqif Əsədovun sayəsində kollecin bayraq kolleksiyasına 152-ci bayraq əlavə edilib.


Kollecdə ağ aypara və səkkizguşəli ulduzlu Azərbaycan bayrağı dalğalanır.

“Bu, mənim həyatımda ən qürurlu anlardan biridir”, – deyə V.Əsədov bildirib.

Qeyd edək ki ,Vaqif Əsədov 2021-ci ildə Bakı Şəhəri , Səbail rayonunda yerləşən 162 saylı orta məktəbi bitirib.

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 2]

Back to top button