Redaktor seçimi

Qarabağ Azərbaycandır!

Qədim tarixə, zəngin mədəniyyətə, yeraltı və yerüstü sərvətə, əlverişli geopolitik mühitə malik olan Azərbaycan Respublikası zaman-zaman bədnam qonşuların basqınlarına, soyqırımlarına məruz qalmışdır. Əsrlərlə davam edən bu ədalətsiz müharibələrdə xalqımız saysız-hesabsız şəhidlər vermiş, lakin yağı düşmənlər qəlbimizdəki vətən sevgisini, yurd məhəbbətini heç bir vəchlə çıxara bilməmişlər.

İmperiyanın qanlı əlləri ilə həyata keçirilən bu amansız müharibələrdə erməni faşistləri bir alətə çevrilmiş və daima Azərbaycanda vandalizmə, talanlara, fəlakətlərə yol açmış, minilliklər boyu bizə məxsus olan torpaqlarımızı yağmalamağa cəhd göstərmişlər.

Keçən əsrin əvvəllərindən başlayaraq rus şovinizminin havadarlığı ilə erməni daşnakları Azərbaycanın bütün kənd və şəhərlərində, əyalətlərində qırğınlar, qətliamlar törətmişlər. O dövrdə böyük Türkiyə dövlətinin, Mustafa Kamal Atatürkün, Nuru Paşanın, Ənvər Paşanın başçılıq etdiyi yenilməz türk ordusunun xilaskarlıq missiyası ilə Azərbaycan məmləkəti erməni vandallarının təcavüzündən qurtula bildi. XX əsr boyunca təkrarlanan bu qanlı faciələrdə həmişə qardaş Türkiyə Azərbaycan xalqının yanında olmuş, bizim haqq işi uğrunda mübarizəmizə mənəvi dəstək vermişdir.

Bütün dövrlərdə Türkiyə dövləti Azərbaycana öz qardaşlıq köməyini göstərmişdir. Ulu Öndərimiz Heydər Əliyev demişkən “İki dövlət, bir millət” olan Azərbaycan və Türkiyə birliyi yağı düşmənə göz dağı, bizə isə qürur, arxa və əvəzsiz mənəvi dayaqdır.

Yer üzündə mənfurluqda, riyakarlıqda, vəhşilikdə ad çıxaran, insanlığa sığmayan rəzil hərəkətləri, mənfur siyasətləri ilə regionda daima müharibə ocağı törədən, günahsız insanlara amansız divan tutan ermənilərin varlığı bütün bəşəriyyətə ləkədir.

Dünya üçün bir virusa çevrilən erməni daşnakları Xocalıda, Qarabağda, Bakıda, Sumqayıtda və bütövlükdə Azərbaycanın bir çox regionlarında elə ağlasığmaz vəhşiliklər törətmişlər ki, bunu heç cür insan idrakı qəbul edə bilməz. Mən dünyanın bütün sülhsevər insanlarına səslənirəm ki, bəşəriyyəti koronovirusdan daha dəhşətli olan erməni virusundan xilas etsinlər, haqq səslərini ucaltsınlar.

Bu daşnaklar dünyanın hər tərəfinə səpələnib öz yalançı, qəsbkar, təcavüzkar siyasətlərinə haqq qazandırmağa çalışır, beynəlxalq aləmi aldadaraq özlərini yazıq, məzlum xalq kimi göstərməyə can atırlar.

Lakin keçən əsrin 90-cı illərində Qarabağın işğalına rəvac verən Aqanbekyan, Sarkisyan kimi şovinistlər öz əsərlərində, çıxışlarında Xocalıda azərbaycanlı uşaqlara, qocalara, qadınlara və dinc sakinlərə qarşı necə dəhşətli, amansız cəza verdiklərini yazıb göstərmişlər. Bu elə cəza üsullarıdır ki, onları dilə gətirmək olmur, insanın damarlarında qanı donur. Belə canilər, insan qatilləri, cəlladlar nə üçün dünya məhkəməsi qarşısında ittiham olunmurlar?!

Bəs hanı özünü haqqın və ədalətin təminatçısı hesab edən, sülhün və əmin-amanlığın keşiyində durmalı olan dövlətlər, qurumlar, təşkilatlar? Məgər onlar bəşəriyyəti məhvə, uçuruma, müharibəyə sürükləyən bu qansız, amansız vandalları görmürlərmi?

Təəssüf ki, birinci Qarabağ savaşında olduğu kimi, bu gün də psixoloji pozuntusu olan erməni təcavüzkarları və onların başında dayanan N.Paşinyan kimi sərsəm bir şovinisti dəstəkləyən dövlətlər az da olsa var. İndi artıq bütün işğallara son qoymaq, erməni cinayətkarlarını, quldurlarını durdurmaq məqamı yetişmişdir.

Bu gün müzəffər Azərbaycan ordusu 30 ildir əsirlikdə qalan, murdar erməni canilərinin tapdağı altında inləyən Qarabağımızı mənfurların caynağından qoparır. Zəli kimi torpaqlarımızı işğalda saxlayan bu separatçı qüvvələr layiq olduqları cəzanı alırlar. Qəhrəman ordumuz quduzlaşmış, azğın düşmənləri əzəli torpaqlarımızdan qovub çıxarır.

Azərbaycanın güclü, yenilməz, ən müasir silahlarla təchiz olunmuş müzəffər ordusunun qarşısında heç bir erməni işğalçısı dayana bilməz. Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ardıcıl, prinsipial, qətiyyətli mövqeyi, ağıllı siyasəti sayəsində ordumuz planlı, düşünülmüş, taktiki və strateji cəhətdən tam hazırlıqlı bir uğurlu əməliyyat həyata keçirir.

Onlar düşmənə tutarlı cavablar verir, ermənilərin murdar izlərini müqəddəs Qarabağ torpaqlarından təmizləyirlər. Artıq illərdir ki, öz nicat yolunu gözləyən Füzuli, Cəbrayıl, Xudafərin, Suqovuşan, Zəngilan kimi Qarabağ əraziləri və onların ətraf kəndləri, bir çox strateji yüksəkliklər rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində azad olunmuşdur.

Erməni təcavüzkarları Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilmir, aciz duruma düşür və öz murdarlıqlarını, vəhşiliklərini bir daha göstərərək mülki əhaliyə atəş açır, uşaqları, qocaları qətlə yetirir. Qədim mədəniyyət beşiyi olan, Nizami yurdu Gəncənin möhtəşəm binalarını öz havadarlarının silahları ilə yerlə yeksan edir, körpələrin, qocaların, qadınların, günahsız insanların naləsi ərşə dayanır. Xocalı faciəsini bir daha Gəncədə təkrarlayır.

Mingəçevirdə strateji əhəmiyyətli, fəlakətlərə yol aça biləcək obyektləri qadağan olunmuş silahlarla məhv etməyə cəhd göstərir. Azərbaycanın bir çox rayonlarını, o cümlədən Tərtər, Ağdam, Ağcabədi, Bərdə, Goranboy və başqa yaşayış məskənlərini topa-tüfəngə tutur, minlərlə evi yerlə yeksan edir, mülki əhalini ağır artilleriya atəşi ilə məhv edir.

Azərbaycan ordusu bir nəfər də olsa, erməninin mülki əhalisinə atəş açmadığı halda, bu avantürist canilər bu günə kimi 63 nəfər həmvətənlərimizi qətlə yetirmiş, 292 nəfəri isə ağır yaralamışlar. Bütün bu paradoksallıqlar erməni millətçilərinin mənfur simasını, iç üzünü açıb göstərən, ikrah doğuran səhnələrdir.

Bu gün də keçən əsrin əvvəlində olduğu kimi, qardaş Türkiyə dövləti, əsrimizin böyük siyasətçisi Rəcəb Tayyib Ərdoğan Azərbaycan dövlətinin, onun Ali Baş Komandanı cənab İlham Əliyevin yanındadır. Eyni məslək birliyi, əqidə dostluğu, haqsızlığa qarşı barışmazlıq, azad, müstəqil və hüquqi dövlətin təminatçıları olan bu iki siyasətçini birləşdirmiş və onlar regionda sülhün, sabitliyin və xalqların xoşbəxt birgəyaşayışının qarantına çevrilmişlər.

Öz dövlətlərinin ərazi bütövlüyünü, suverenliyini qoruyan belə liderlər adlarını tarixin qəhrəmanlıq səhifələrində qərarlaşdırır və doğma xalqının xilaskarı kimi ali bir mərtəbəyə yüksəlirlər. Türk dünyasının iki böyük şəxsiyyəti əsrlərdən bəri işğallara məruz qalan, hərb meydanına çevrilən, zaman-zaman torpaqları yağmalanan, var-dövləti talan olan Azərbaycanımızın – Qarabağımızın taleyini bu gün öz zəfərləri, qələbələri ilə yenidən yazır və “Qarabağ Azərbaycandır!” (Cənab İlham Əliyev)- deyirlər.

Bu çətin məqamlarda Azərbaycan xalqının yanında olan, ona təmənnasız dost, qardaş köməyi göstərən böyük türk xalqına və onun lideri, zəmanəmizin əvəzsiz siyasətçisi Rəcəb Tayyib Ərdoğana sonsuz təşəkkürümüzü bildiririk. Heç bir qüvvə dili bir, dini bir, məsləki bir qardaşları bir-birindən ayıra bilməz. Var olsun bu əbədi birlik!
Şah İsmayıl Xətayinin qurub-yaratdığı, Ulu Öndərimiz Heydər Əliyevin memarı olduğu qüdrətli Azərbaycan dövlətinin taleyi etibarlı əllərdədir.

Öz sələflərinin əsl davamçısı kimi, XXI əsrin əvvəllərində yenidən Azərbaycanın ərazi bütövlüyünü qorumaq, dövlətinin və xalqının taleyini düşünmək, milləti ilə həmfikir olmaq missiyasını cənab İlham Əliyev çağdaş dövrümüzdə uğurla həyata keçirir. Bununla da, xalqla hakimiyyət arasında üzvi bir vəhdət yaradaraq xalqın sevimlisinə çevrilir.

Azərbaycanın yenilməz ordusu və onun Ali Baş Komandanı cənab İlham Əliyev bu gün cəbhədə Qarabağı təcavüzkar ermənilərin işğalından azad etməklə tarixin şanlı, qızıl səhifəsini yazır. İllərdir ATƏT-in, BMT-nin kağız üzərində qalan qətnamələri işğalçı Ermənistan dövlətini öz məkrli niyyətindən çəkindirə bilmədi. Öz havadarlarına arxalanan ermənilər “arxalı köpək qurd basar” prinsipinə əməl edərək torpaqlarımıza sahiblənmək istədilər. Lakin bu gün haqq-ədalət öz yerini tutur. Dünyanın əksər dövlətləri Azərbaycanın mövqeyini dəstəkləyir. Möhtərəm Prezidentimizin uzaqgörənliyi sayəsində hər gün Qarabağdan qələbə müjdəsi gəlir:

Zəfərlərin səs salır bütün dünya, cahana,
Səni əmanət etdik, biz Allaha, Qurana,
Böyük qardaş deyirsən sən abin Ərdoğana,
Sevir Azərbaycanım- Ali Baş Komandanım!

Xalqım dua eyləyir İlham Heydər oğluna,
Millət qəlbən inanır, igid, rəhbər oğluna,
Artıq  qəhrəman deyir, İLHAM adlı oğluna,
Sevir Azərbaycanım-Ali Baş Komandanım!

Şəhidlərin ruhu da qələbəyə sevinir ,
Millətimin ürəyi, tam zəfərlə döyünür,
İndi dünya TÜRKLƏRİ  Sizin ilə öyünür ,
Sevir Azərbaycanım-Ali Baş Komandanım!

Düşmən artıq can üstə, düşmənin verdiyi candır,
Bütün cahan bilir ki, Qarabağ Azərbaycandır!!!
Sayəndə Vətənimiz, qalib Azərbaycandır,
Sevir Azərbaycanım-Ali Baş Komandanım! (Vüqar Əhməd)

Bu gün Mübariz İbrahimov, Polad Həşimov kimi qəhrəmanların davamçıları olan rəşadətli ordumuz erməni təcavüzkarlarını cəbhədə məğlubiyyətə uğradaraq torpaqlarımızdan qovur. Biz hər səhərimizi cənab İlham Əliyevin qələbə xəbərləri ilə açırıq. İnanırıq ki, müzəffər ordumuz Ali Baş Komandanımızın rəhbərliyi ilə yaxın günlərdə qələbə bayrağını Şuşada, Xankəndində və bütövlükdə Qarabağda dalğalandıracaq!

İnanırıq ki, bu qalibiyyətimiz əbədi olacaq. Mən istərdim ki, Qarabağın azad edilmiş ərazilərindən birinə və yaxud ən yüksək zirvəsinə möhtərəm Prezidentimiz, qələbəmizin təminatçısı, Ali Baş Komandanımız, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adı verilsin!

Bununla yanaşı, həm də xalqımızın xilaskarı olan bu böyük Şəxsiyyət ömürlük Azərbaycan Respublikasının Prezidenti seçilsin! Bütün uğurlarımıza, qalibiyyətimizə görə dünya səviyyəli Prezidentimizə, cənab İlham Əliyevə minnətdarlığımızı bildiririk. Var olsun İlham Əliyev! Var olsun bütöv Azərbaycan! “Qarabağ Azərbaycandır!” (Cənab İlham Əliyev).

Gülbəniz Babayeva

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button