Şou

Vətənin bu çətin günündə Mətanət İsgəndərli konsert verir

Əməkdar artist Mətanət İskəndərli ötən gün Türkiyənin İstanbul şəhərində yerləşən “İst-Baku” restoranında konsert proqramı ilə çıxış edib. Azərbaycanın Vətən müharibəsi apardığı bir ərəfədə müğənninin belə bir addım atması hər kəs tərəfindən sərt reaksiya ilə qarşılanıb.

Analoq.az xəbər verir ki, konsertin iki gün, yəni 24-25 oktyabr tarixlərində keçirilməsi nəzərdə tutulub. Müğənni konsertinin ilk günündəcə ictimaiyyətin sərt tənqidləri ilə üzləşib. Sosial şəbəkələrdə çoxlu sayda izləyicilər “Artistlik edib “İnstagram”da şəkillər paylaşırsan, özün isə restoranda konsert verirsən…!”, “Bir-iki manata görə nə şəhid bildin, nə də vətən” və sairə bu kimi şərhlər yazıblar.

Çoxsaylı tənqidlərdən sonra adı çəkilən restoranın “İnstagram” səhifəsindən konsertlə bağlı anons və paylaşımlar silinib.

Məsələyə tanınmışlar da reaksiya veriblər. Tarix Əliyev (Tolik) bu barədə sosial şəbəkədə aşağıdakıları qeyd edib:

“Bu nə biabırçılıqdır?! İstanbulda konsert vermək nədir, özü də 2 günlük? Bu ölkədə şəhid xəbəri alırıq! Türkiyədə müharibə olsaydı konsert verə bilərdiniz? Bəs hər gün videolarla xalqa yalandan təsəlli vermək nədir? Ayıb olsun!”Musavat.com

Analoq.az

Daha çox
Back to top button
Close