Siyasət

Güclərin toqquşduğu arenalar və nəticələri-təhlil Elman Vəliyev

Ən əsas maraq nöqtəsi Orta Şərqdir.
Balkanlar və Qafqazda maraqlar nisbətən Orta Şərqdəkindən azdı. Burda əsas Rusiya və Türkiyənin maraq dairələri önəmlidir.

Qərb Orta Şərqdə Türkiyə və Rusiyanı qarşı-qarşıya gətirib zəiflətmək istəyir. Burda əsas rol Fransa oynayır. İngiltərə Avropa Birliyindən çıxandan sonra nisbətən izləyici rolunu oynayır. Lakin Fransa Suriya və Aralıq dənizində önəmli mövqelərin Türkiyə tərəfindən ələ keçirildiyinin fərqindədir. Məhs bu üzdən Kürd və Erməni kartlarından istifadə etməyə çalışır.

Amerika isə körfəz koalisiyası qurmaqla bölgədə güc qolu olan İsrailə təkan vermək niyyətindədir.

Türkiyə güc ünsürünə çevrilir.Bu həm Qərbi, həm də Rusiyanı narahat etməkdədir.

Lakin Rusiya üçün ən optimal variant Türkiyə ilə İttifaqdır. Həmçinin Türkiyə üçün də.
Türkiyə NATO üçün vacib fiqurdur.
Türkiyənin güc ünsürünə çevrilməsinə şərait yaradan önəmli birlikdir. Əsas məqsəd Türkiyənin əli ilə Rüsiyanın bölgədə üstünlüyünü azaltmaq və öz maraqlarını təmin etməkdir.
Lakin həm Türkiyə, həm də Rusiya bunun fərqindədir

Rusiya isə Türkiyə ilə yaxınlaşaraq NATO-nun əl-qolunu kısıtlamaq istəyir

Rusiyanın hərbi cəhətdən çökdürmək suya yazı yamaqdır.Ancaq itqdisadi yöndən bu alına bilər. Necə ki SSRİ-ni iqtisadi həmlə ilə çökdürdülər.
2014 Kırım əməliyyatında Rusiyaya qarşı iqtisadi sanksiyalar onu bir xeyli sarsıtdı.
Rusiya da həmçinin bu sanksiyalardan ehtiyat etdiyi üçün ikili standartlar oynayır.

Donald Trump 2-ci dəfə Amerika prezidenti seçilərsə(ehtimalı yüksəkdir) körfəz koalisiyası daha da möhkəmlənəcək. Lakin Amerika artıq geriləyəcək…

Dünya həm geopolitik, həm də teopolitik mübarizə formatında davam edir..
İslam dünyası getdikcə güclənəcək..

Türkiyə güc ünsürü yolunda qətiyyətlə addımlayacaq..

Əgər 3-cü dünya savaşı olarsa bu Orta Şərqdə olacaq..
Suriya məkanı maraqların toqquşduğu ən önəmli nöqtədir..

Türkiyə və Rusiya burda mühüm rola malikdir.Qərbin əlqolu nisbətən zəifləyəcək bu nöqtdədə.

Siyasi Şərhçi Elman Vəliyev 

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button