AktualBannerÖlkə

” OBA Market”də RƏZALƏT – Vaxtı keçmiş məhsul körpə ölümünə səbəb olacaqdı…

Analoq.az xəbər verir ki, hadisə Bakı şəhərində baş verib. OBA Marketdə satılan vaxtı keçmiş içki 4 yaşlı yaşlı körpənin zəhərlənməsi ilə nəticələnib. Hadisə ilə bağlı azyaşlının babası Zərdabi Abbasov şəxsi “Facebook” hesabında paylaşım edib:

“Novruz bayramını Qarayev adına uşaq xəstəxanasında keçirdik.

“Avropa məktəbi”nin yaxınlığında yerləşən OBA marketdən “FRUTO COLA” içkisi aldım. Evdə bayram süfrəsi açmışdıq. Həmin içkidən təkcə 4 yaşlı nəvəm içmişdi. Bir də gördük uşağın halı pisləşdi. Əlamətləri zəhərlənməyə öxşayırdı. Gecə təcili yardım çağırdıq. Təcili yardım uşağı zəhərlənmə diaqnozu ilə Qarayev uşaq xəstəxanasına götürdü. Həkimlər təcili tədbirlərə başladılar.
Uzun sözün qısası həkimlərin və tibb bacıların səyləri nəticəsində körpəni ölümün caynağından qurtara bildik.

Sonra məlum oldu ki, zəhərlənməyə səbəb OBA marketdən aldığım içki olub. Belə ki, həmin içkinin üzərində göstərilən tarixə əsasən onun istifadə müddəti 2 ay öncə bitmişdir.

İçkinin qabında qalanı və qəbzi götürüb getdim həmin marketə. Eyni vaxtda istifadə müddəti bitmiş içkidən hələ 4 ədəd “vitrində” qalmışdı. Marketin müdirini tələb etdim. Bir gənc oğlan yaxınlaşdı. Mən olanları ona danışdım və iradımı bildirdim. O, bilirsiniz mənə nə dedi? Dedi ki, dayı mənə və işcilərə 270 manat maaş verirlər, ona görə biz də belə işləyirik. Mən bayramdan öncə ərizə yazlb işdən azad olmağımı xahiş etmişəm. Heç kim gəlib mağazanı təhvil görürmür.

Mən isə öz növbömdə qida təhlükəsizliyinə zəng vurub şikayət etdim. Mənə bildirdilər ku, “şikayətiniz qeydə alındı, 15 iş günü ərzində sizə cavab veriləcək”

P.S. sizin qida təhlükəsizliyinizə də, OBAnıza da, ALınıza da, lap elə hər şeyinizə də…”/aztimes.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button