ŞikayətSiyasət

Çavuşoğlu və Kuleba arasında telefon danışığı olub

Ukrayna xarici işlər naziri Dmitro Kuleba və türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə Ukrayna XİN başçısı tviterdə yazıb.

“Ukrayna Prezidenti Zelenski və Türkiyə Prezidenti Ərdoğan arasındakı dialoqa əsaslanaraq, biz taxıl dəhlizinin işləməsini və ukraynalı məhbusların azad edilməsini təmin etmək üçün gələcək addımları koordinasiya etdik”, – ukraynalı diplomat qeyd edib.

Xatırladaq ki, noyabrın 2-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button