Elm və təhsil

Azərbaycan Respublikasında dəniz nəqliyyatı və liman infrastrukturunun rəqabət qabiliyyətinin möhkəmləndilməsi

Analoq.az tanınmış iqtisadçi alim, AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun, “Azərbaycan Respublikasında dəniz nəqliyyatı və liman infrastrukturunun rəqabət qabiliyyətinin möhkəmləndirilməsi” mövzusunda elmi məqaləsini təqdim edir:

Dünya ölkələri ilə müqayisədə daha əlverişli coğrafi məkanda-iki nəqliyyat qovşağının kəsişməsində yerləşən Azərbaycanın logistika və nəqliyyat dəhlizləri lahiyyəsində, Şərq-Qərb, Şimal-Cənub marşurutları üzrə bütün nəqliyyat vasitələrinin qovşağına çevrilən, nəqliyyat habı yaradılır. Nəqliyyat qovşaqları və hablarının rəqabət qabiliyyətinin yüksəldilməsi mühüm əhəmiyyət kəsb etməklə bərabər, əlavə xidmət sahələrinin inkişaf etdirilməsinə, ölkəyə valyuta axının cəlb edilməsinin yüksəldilməsinə şərait yaradır. Nəqliyyat dəhlizinin 3 böyük marşurutu vardır ki, bunlardan biri də Transxəzərdir.

Bu marşurutu gəmilərsiz təsəvvür etmək olmaz.Yüklər gəmilərlə Çindən Qazaxıstana, Həştərxan-Mahaçqala-Ələt, digər tərəfdən Hindistan-Oman-İran yenə də Ələt-Mahaçqala-Həştərxan və s. istiqamətlərdə daşınır. Məhz ölkə iqtisadiyyatında dəniz nəqliyyatının səmərəliliyinin və rəqabətqabiliyyətliliyinin artırılması, Böyük İpək Yolunun bərpası hesabına yükdaşımalardan və ölkəmizin tranzit potensialından istifadənin yüksəldilməsi məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin 22 oktyabr 2013-cü il tarixli sərəncam ilə yaradılan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əsas fəaliyyət istiqaməti respublikamızın dəniz nəqliyyatında yükdaşımaların mövcud problemlərinin aradan qaldırılması və iqtisadi səmərəliliyinin yüksəldilməsinə istiqamətlənmişdir.

İqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəlməsində təyinatına görə müxtəlif tip gəmilərə sahib olan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyat Donanması böyuk rol oynayır. Xəzər Dəniz Neft Donanmasının texnoloji xarakterli gəmiləri dənizdə neft-qaz hasilatında, Dəniz Nəqliyyat Donanmasının xarici sularda fəaliyyət göstərən gəmiləri isə beynəlxalq yükdaşımalarda ölkəmizi təmsil edərək, iqtisadiyyatımıza önəmli töhvələr verməsi ilə seçilməlidir.

AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Akademiyasının müəllimi iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun, 1966-cı ildən AMEA-nın Rəyasət Heyətinin qərarı ilə nəşr olunan AMEA-nın XƏBƏRLƏRİ İQTİSADİYYAT seriyası elmi-praktiki jurnalın 2020-2 (may-iyun) sayında “ Azərbaycan Respublikasında dəniz nəqliyyatı və liman infrastrukturunun rəqabət qabiliyyətinin möhkəmləndirilməsi” mövzusunda dərc edilmiş elmi məqaləsində bu istiqamətdə geniş araşdırmalar aparılmışdır.

Məqalədə Azərbaycan Respublikasında dəniz nəqliyyatı və liman infrastrukturunun rəqabət qabiliyyətinin möhkəmləndirilməsi üzrə Dəniz Nəqliyyat Donanmasının təsərrüfat fəaliyyətinin mövcud vəziyyəti 2010-2019-cu illər üzrə təhlil edilərək, donanmanın təsərrüfat fəaliyyətinin nəticələrinə təsir edən amillər müəyyən edilməklə qiymətləndirilmişdir.

Təhlil edilən dövr üzrə yanacaqdan istifadənin səmərəlilik göstəricisi və liman xidmətləri xərclərinin xüsusi çəkisinin artması müşahidə edildiyindən onların azaldılması məsələləri şərh edilməklə bərabər, dəniz nəqliyyatı üzrə yükdaşımalarda Azərbaycanın mövqeyinin zəif və üstün cəhətləri müəyyən edilmişdir. Məqalədə əldə edilmiş nəticələr əsaslandırılmaqla müvafiq təkliflər irəli sürülmüşdür.

Tədqiqat işində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatlarına görə qeyd edilir ki, dəniz nəqliyyatında yükdaşımaların payı nəqliyyat sektoru üzrə ümumi yükdaşımalarda 2013-cü ildə 4,7%-dən başlayaraq 2019-cu ildə 2,3%-ə düşmüşdür. Belə ki, 2008-2013-cü illər üzrə ümumilikdə 73182 min ton yük daşınmışdırsa, 2014-2019-cü illər üzrə 44916 min ton yük daşınmışdır ki, bu da 2008-2013-cü illərlə müqayisədə 38,6% azalma deməkdir.

Yükdaşımaların həcminin azalmasına baxmayaraq 2014-2019-cu illər üzrə yük dşımalardan əldə olunan gəlir 2008-2019-cu illə müqayisədə 33,7% artaraq 879850 min manat olmuşdur.

Xərclər isə 2008-2013-cu illər üzrə 618010 min manat olduğu halda, 2014-2019-cu illərdə 54,4% artaraq 954510 min manat olmuşdur. Nəticədə 2008-2013-cü illər üzrə 39954 min manat mənfəət əldə edildiyi halda, 2014-2019-cu illərdə Donanmanın maliyyə-təsərrüfat fəaliyyəti 74600 min manat məbləğində ziyanla nəticələnmişdir. Məqalədə qeyd edilir ki, gəmiçilikdə nəqliyyat-logistikasının səviyyəsinin aşağı olması hesabına yük dövriyyəsinin azalmasına baxmayaraq, 1 ton yük daşımaya və 1 ton*mil yük dövriyyəsinə düşən yanacaq sərfiyyatı əmsalı da 2017-2019-cu illər üzrə artmışdır.

Bütün bunlar donanmanın istismar xərclərinin artması ilə nəticələnərək müəssisənin rentabellik səviyyəsinin azalmasına şərait yaratmaqla bərabər, Dünya İqtisadi Formunun hesabatlarına əsasən təyin edilən dəniz daşımaçılığı indeksinə görə respublikamızın dünya ölkələri arasında mövqeyinin zəifləməsi ilə yanaşı, onun mövqeyinin üzun müddətdir ki, müəyyən edilməməsinə səbəb olan amillərdən biridir.

Məqalədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC üzrə yükdaşımaların 2014-cü ildən başlayaraq azalmasına baxmayaraq, xərclərin gəlirlə müqayisədə kəskin şəkildə artması hesabına təsərrüfat fəaliyyətinin ziyanla nəticələnməsi, gəmilərin BDT-nın tələblərinə uyğun olaraq beynəlxalq yükdaşımalara buraxılma qabiliyyətinin, gəmilərin ekoloji göstəricilərinin və s. ciddi araşdırılması və Azərbaycan Respublikasının dəniz nəqliyyatı üzrə dünya ölkələri arasında beynəlxalq reytinqlərdə mövqeyinin müəyyən edilməməsinə şərait yaradan amillər kimi qiymətləndirilmişdir.

Burada Azərbaycan Respublikasının dəniz daşımaçılığı üzrə göstəriciləri (dəniz nəqliyyat göstəriciləri də daxil edilməklə) Dünya İqtisadi Formunun hesabatlarına əsasən təyin edilən daşımaçılıq indeksinə daxil olan alt indekslər üzrə məlumatları tam əhatə etmədiyindən, 2010-2019-cu illər üzrə dəniz daşımaçılığı üzrə beynəlxalq rəqabət qabiliyyətlilik indeksində mövqeyinin (0-157,1) təyin edilməmədiyi şərh edilmiş və göstərilmişdir ki, bu indeks üzrə dünyanın 140 ölkəsi üzrə 2018-ci ildə 158, 8 balla, 2019-cu ildə isə 187,7 balla ÇİN XR-ı liderlik etmişdir.

Dəniz Liman xidmətlərinin səmərəliliyi indeksinə (1-7) görə isə Azərbaycan Respublikasının 2019-cu ildə dünyanın 141 ölkəsi arasında mövqeyi 5,1 indekslə 25 yerdə olması qeyd edilmişdir. Məqalədə, bu indeksə görə Azərbaycan Xəzəryanı ölkələrlə və Türkiyə ilə müqayisədə daha yüksək mövqeyə malik olsa da, həmin dövrlərdə liman əməliyyatları üzrə gəmilərin giriş-çıxış əməliyyatlarına sərf edilən vaxt itkiləri onun mövqeyinin yaxşılaşdırılmasına mənfi təsir etməsi əsaslandırılmışdır.

Məqaləni aşağıdakı linkdən və müəllifin PDF formasında dərc edilmiş məqaləsindən tanış olmaq olar.

http://economics.com.az/images/fotos/xeberler_pdf/2020_3/8.Tebriz.pdf
Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button