Cəmiyyət

Mustafa Vəkilovun oğlundan Prezidentə müraciət – Video

Azərbaycan Xalq Cümhuriyyətinin Daxili İşlər naziri Mustafa Vəkilovun (1896-1965) oğlu Nadir Vəkiloğlu (1949) Prezident, Ali Baş Komandan İlham Əliyevə video-müraciət edib.
Axar.az xəbər verir ki, Nadir Vəkiloğlu Ali Baş Komandanın rəhbərliyi altında Qarabağın azad edilməsi hərəkatını böyük həyəcanla izlədiklərini bildirib. O, bütün qəlbi ilə Ordumuzun yanında olduğunu qeyd edib.
“Hörmətli Baş Komandan, biz də sizin əsgərinizik! Hər bir çağırışınıza hazırıq. Qarabağ Azərbaycandır!” – N.Vəkiloğlu deyib.


Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button