Ölkə

Müdafiə Nazirliyi düşməni təslim olmağa çağırdı: “Qələbə bizimlədir!”

“Müdafiə Nazirliyi düşməni təslim olmağa çağırdı: “Qələbə bizimlədir!”

“Əminliklə deyirik ki, düşmən Azərbaycan Ordusunun döyüş taktikası ilə məqsədyönlü şəkildə bütün istiqamətlərdə sıxışdırılır, ağır itkilər verərək, geri çəkilməyə məcbur edilir”.

Bunu bu gün keçirilən brifinqdə Müdafiə Nazirliyinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, sutka ərzində daimi dislokasiya məntəqəsi, səngərlərdə və atəş mövqelərində olanlar daxil olmaqla, düşmənin bir neçə istiqamətdə canlı qüvvəsi məhv edilib:

“Xeyli sayda hərbi texnikası məhv edilib və eləcə də, qənimət olaraq ələ keçirilib. Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir. Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycan ordusu əks-hücum əməliyyatını beynəlxalq humanitar hüquq norma və prinsiplərinə uyğun olaraq həyata keçirir.

Düşmənin canlı qüvvəsi və legitim hərbi hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilir. Pərakəndə şəkildə fəaliyyət göstərən düşmənin döyüş meydanından xəbəri olmayan hərbi-siyasi rəhbərliyi hələ də uydurma məlumatlarla daxili auditoriyaya təsəlli verir.

Bu yalanlarla aldadılaraq, işğal altındakı ərazilərə gətirilən döyüşçülərin məhv edilmədən öncə həqiqəti dərk etmələri və silahı yerə qoyub könüllü şəkildə təslim olmaları onların sağ qalmaq üçün yeganə yoludur. Qələbə bizimlədir!”oxu.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button