Dünya

Vyanada eyni vaxtda altı yerdə atışma olub: Kansler açıqlama verdi

Avstriyanın paytaxtı Vyanada baş verən terror aktı dünya mediasının diqqət mərkəzindədir.

Böyük Britaniyanın “mirror.co.uk” saytı yazır ki, yerli polis bəyan edib ki, eyni vaxtda paytaxtın altı yerində atışma qeydə alınıb. Hadisələr axşam saat 8 radələrində baş verib.

Avstriyanın kansleri Sebastian Kurs olayı “iyrənc terror hücumu” kimi dəyərləndirib.

O, twitter hesabında yazıb: “Son vaxtlar bizim respublika ağır günlər yaşayır. Mən bizim təhlükəsizliyimiz naminə öz həyatlarını riskə atan hüquq mühafizə orqanlarına təşəkkürümü bildirirəm. Bizim polis cinayətkarlara qarşı qətiyyətli addımlar atacaq”.

Britaniya nəşri bildirir ki, terror aktı nəticəsində ən azı 7 nəfər öldürülüb, 15 nəfər isə yaralanıb. Onların bəzisinin vəziyyəti ağırdır.musavat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button