Manşet

Rauf Sadıxovun “Sənətin izi ilə” kitabı nəşr olunub ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, Rauf Sadıxovun “Sənətin izi ilə” adlı kitabı çap olunub.

Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 28 fevral 2020-ci il tarixli (protokol № 2) qərarı ilə nəşr edilib.

Ön sözün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir. “Ömrün və elmin izləri” adlı ön sözdə alimin milli teatr və mətbuat tarixi sahəsində apardığı araşdırmalarına yüksək qiymət verilib.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Vüqar Əhməd, rəyçiləri filologiya elmləri doktoru, professor Alxan Bayramoğlu və sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Aydın Talıbzadədir.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitabda ədəbiyyatşünas-tədqiqatçı Rauf Sadıxovun müxtəlif elmi məcmuə və toplularda dərc edilmiş XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına, mətbuatına, publisistikasına, maarifinə həsr etdiyi məqalələr, habelə teatr tədqiqatlarına dair yazıları yer almışdır. Eyni zamanda müəllifin ayrı-ayrı görkəmli şəxsiyyətlər haqqındakı məqalələri və əsərlərə yazdığı rəylər də əksini tapmışdır.

542 səhifəlik kitabda “Ədəbiyyatşünaslığa dair məqalələr”, “Mətbuat, publisistika və maarif məsələləri”, “Resenziya və müqəddimələr”, “Teatr tarixinə dair məqalələr”, “Hacı İbrahim Qasımovun teatr resenziyalarından nümunələr”, “Şəxsiyyətlər”, “Axtarışlar, tapıntılar”, “Dissertasiya və avtoreferata yazılan rəylər” bölümləri və “İlyas Əfəndiyevin ilk dramlarının səhnə təcəssümü” adlı monoqrafiya da yer almışdır.

Gülnar Səma

Analoq.az
​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​ ​

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button