CəmiyyətÖlkə

“İnsanların əsəbi ilə oynamayın”-TANINMIŞ JURNALİST

Bir neçə gündür sosial şəbəkələrdə tanınmış jurnalist Tural Müseyibovun şəhid Şaiq Kəlbiyevin haqqında yazdığı rəy geniş müzakirələrə səbəb oldu.

BBC News Azərbaycancaya açıqlama verən jurnalist qeyd edib ki,onun yazdığı rəyi təhrif ediblər.

Tural Müseyibov “Facebook” hesabı vasitəsi ilə heç bir şəhidi təhqir etmədiyini, şəhidin adının hər hansı qurumla bağlılığını göstərməyə çalışanları tənqid etdiyini bildirib.

LGBT üzvü kimi adı hallanan şəhid Şaiq Kəlbiyevin ailəsi ilə görüşən Tural Müseyibov paylaşdığı video müraciətdə də bildirib ki, mən etirazımı bildirmişəm ki, bizim şəhidimizin adını o iyrənc təşkilatla birgə çəkməsinlər. Bununla bağlı sözümü demişəm. Yazırlar ki, Tural şəhidi təhqir edib. Xeyr, təhqir etməmişəm, şəhidimizin adının o iyrənc “təşkilat”la birgə hallanmasının əleyhinəyəm. Bununla bağlı olaraq şəhidimizin ailəsi, qardaşı ilə görüşmüşəm. Qardaşı özü sizə müraciət edir ki, şəhidin adını bu təşkilatla bağlamayın. Bu günahdır və çox böyük cinayət edirsiniz. İnsanların əsəbi ilə oynamayın. Bu yaxşı hal ola bilməz.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button