Qarabağ

Qorxuludur, “Çox qorxuludur, xahiş edirəm, Putin bizi qurtarsın”-Erməni

“Şəhərdə Xankəndindən daha çox erməni qalıb; bəziləri Qarabağdan evakuasiya edilmədən daha dinc bir həyat ümidi ilə “Artsax”ın paytaxtı”nı tərk ediblər. “Berdzor” adlandırılmış Laçının “mer”i David Davtyan deyir ki, Azərbaycan tərəfi həqiqətən “Berdzor” şəhərinin aid olduğu “rayon”un cənub hissələrinə hücum etməyə çalışır…

Analoq.az xəbər verir ki, bu sətirlər qanunsuz olaraq Azərbaycan Respublikasının işğal altındakı ərazisinə daxil olmuş Rusiya müxbiri Kristina Melnikovanın srağagün – oktyabrın 22-də 29-cu ildir işğal altında qalan Laçın rayon mərkəzindən hazırladığı reportajdandır.

Müxbir qeyd edir ki, artıq ərazidə artilleriya qurğularının dərələrdə əks olunan güclü səsləri eşidilir…

“Bu ərazi bizim vətənimizdir, burada uşaqlar böyütdük, burada evlər tikdik və buradan heç yerə getməyəcəyik”.

Laçının qanunsuz “meri” özünü cəmləyib belə desə də, rus jurnalistin yazdıqlarından aydın olur ki, reallıqda buradakı ermənilər artıq təşviş və qorxu içindədir. Bunu bəziləri evlərdə, digərləri zirzəmilərdə yerləşmiş sakinlərin söylədikləri də sübut edir.

“Qorxuludur, cox qorxuludur. Xahiş edirəm, Putin bizi qurtarsın, onlar bizi qurtarsınlar ”-deyə müxbirin Rusiyadan olduğunu bilən Xankəndindən Laçına hərbi əməliyyatlardan uzaq olmaq ümidi ilə gəlmiş erməni qadın yalvarır… moderator.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button