Müharibə

Ermənistan tərəfində döyüşən muzdluların SİYAHISI

Sentyabrın 27-i əks-hücum əməliyyatı ilə başlayan 2-ci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə tamamlandı.

Düşmən təslim olmağa məcbur qaldı. Ordumuzun gücünü, sürətli şəkildə torpaqları işğaldan azad etməsini görən düşmən minlərlə itki verdikdən sonra daha da çox itki verməmək üçün geri çəkilməyi, təslim olmağı seçdi.

Çünki döyüşlər davam etsəydi dəyişən bir şey olmayacaqdı. Daha çox erməni əsgəri öləcəkdi, torpaqlar da ordumuz tərəfindən döyüşərək azad ediləcəkdi. Onsuz da torpaqları işğalda saxlaya bilməyəcəyini anlayan Ermənistan hökuməti məğlubiyyətlə barışdı.

Buraya gəlib çıxmaq asan olmadı. Ermənilər işğal etdikləri torpaqları verməmək üçün hər şey etdilər. Ordusunun Azərbaycan qarşısında gücsüz olduğunu yaxşı bilən erməni hakimiyyəti daha əvvəl də istifadə etdiyi üsula əl atdı – dünyanın hər yerindən muzdlular, terrorçular topladı. Bu işdə Ermənistan dövləti qədər də dünya erməniliyi – erməni lobbisi fəallıq göstərdi.

Ermənistan xarici muzdluları, terrorçuları Qarabağa hələ illər öncədən cəlb etməyə başlamışdı. Bütün bunlar dəfələrlə isbat edilib. Birinci Qarabağ savaşında torpaqlarımızı işğal edən Ermənistan döyüşlərdə aktiv şəkildə terrorçulardan istifadə etmişdi. Bunun yenə baş tutacağını, Azərbaycan ordusunun həmin illərdəki kimi zəif olduğunu düşünən erməni tərəfi yenə eyni üsula əl atdı.
Döyüşlər başladıqdan və Azərbaycan Ordusu qarşısında ciddi məğlubiyyətlərdən sonra Ermənistan hakimiyyəti bu prosesi tam sürətləndirdi. Təyyarələr daha sıxlıqla İrəvan aeroportuna enməyə başladı. Müxtəlif ölkələrdən Qarabağa terrorçu dəstələri gətirən ermənilər bu addımları ilə uğur əldə edəcəklərini düşünürdülər. Ermənistan diaspor vasitəsilə xarici ölkə vətəndaşlarını daha inyensivliklə döyüşlərə cəlb edirdi.

Faktlarla isbat edilib ki, Ermənistan tərəfindən Dağlıq Qarabağa əsasən Fransa, Kanada, Livan, Suriya, İspaniya, Yunanıstan və digər ölkələrdən muzdlular cəlb olunur. Döyüşlərdə öldürülən, ordumuz tərəfindən məhv edilən muzdluların üzərindən çıxan xarici ölkə pasportları da bunu bir daha sübut edir.

Ermənilər terrorçu dəstələrini, muzdluları Qarabağa gətirməyə davam edə-edə daha bir xain planı işə saldılar. Etdikləri qanunsuzluqları Azərbaycanın adına yazmağa çalışdılar. Əvvəlcə bunu iddia, saxta sənədlərlə ortaya atdılar. Buna inan olmadı, çünki sübut edə bilmədilər. Onlara müasir dövrdə lazım olan görüntü idi.

Bu zaman da öz muzdlu döyüşçülərinə Azərbaycan forması geyindirib, döyüş yerinə yaxın ərazidə videoya çəkdilər. Dünyaya səs saldılar ki, Azərbaycan muzdlulardan istifadə edir. Bu hay-küy də uzun çəkmədi. Çünki sonradan həmin şəxsin erməni tərəfdə, onlarla birgə döyüşdüyünü sübut edən videolar yayıldı.

Düşmən oxşar faktların ört-basdır edilməsi məqsədi ilə Azərbaycana qarşı davamlı saxta videolar hazırlayıb yayır, bunlar da qısa zamanda yalanlanırdı. Çünki Ermənistanın şər makinası da peşəkar deyildi. Muzdluların özlərini döyüşən zaman videoya çəkdiklərini, bunları sosial mediada paylaşdıqlarını hesablaya bilməmişdilər. Sonradan onlardan birinə bir az pul verib “Azərbaycan tərəfdən döyüşən terrorçu” kimi qələmə verəndə görüntülər ortaya çıxır, xərclənən dollarlar boşuna gedirdi.

Bu günə qədər onlarla oxşar fakt yaşanıb. İndi isə Musavat.com saytı Ermənistanın Qarabağda döyüşlərə cəlb etdiyi muzdlular, terrorçular haqqında çox özəl məlumatlar əldə edib.

Məlumatda müxtəlif ölkələrin vətəndaşları olan şəxslərin hansı tarixdə Ermənistana, oradan da Qarabağa gətirilərək döyüşlərə cəlb etdikləri qeyd edilib.

Məsələn, Setraq Balian – Fələstin vətəndaşıdır, Qüds şəhərində yaşayır. 2020-ci ilin oktyabr ayında Ermənistanın Yerevan (İrəvan) şəhərinə gəlib. Oradan da qanunsuz olaraq dövlət sərhədini keçib və işğal altında olan Dağlıq Qarabağ ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycana qarşı döyüşüb.

22 yaşlı David – Fransa vətəndaşıdır və Parisdə yaşayır. 2020-ci ilin sentyabr-noyabr aylarında Ermənistana gəlib.

Oradan da qanunsuz olaraq dövlət sərhədini keçib və işğal altında olan Dağlıq Qarabağ ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində Azərbaycana qarşı döyüşüb.

Bu sıralama fotolarla davam edəcək. Gördüyünüz şəxslər Ermənistan tərəfindən qanunsuz və planlı şəkildə Qarabağa döyüşmək üçün gətirilən yüzlərlə, minlərlə muzdlunun, terrorçu dəstələrin çox kiçik bir hissəsidir.Məhəmməd Türkmən

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button