GündəmŞikayət

BNA sabotajçı idarəçiliyini davam etdirir -JURNALİST OD PÜSKÜRDÜ

Sürücü qabalığı, tərbiyəsizliyi,özbaşınalığı və qeyri-etik davranışı+aşağı səviyyəli xidmət =rüsvayçılıq

BakuBus sürücülərinin sərnişinlərlə kobud davranışları, avtobuslar üçün ayrılmış dayanacaqlarda saxlamaması, avtobuslar arasındakı uzun məsafəli intervallar demək olar hər gün qarşılaşdığımız hadisələrdir.

Bu və bu kimi digər problemlər dəfələrlə mətbuatda işıqlandırılıb, problemlər tam dəqiqliklə müvafiq strukturların nəzərinə çatdırılıb. Amma BNA bu problemlərin demək olar birdəfəlik həllinə nail ola bilmir…

Tanınmış jurnalist Rövşən Rəsulov öz Facebook hesabı üzərindən 125 saylı avtobusun yaratdığı narahatlıq barədə status paylaşıb.

Analoq.az jurnalistin həyacan təbili çalan paylaşımını olduğu kimi təqdim edir :

Sizə nədən danışım? 125 saylı marşrut xətti üzrə işləyən BakuBus avtobusundakı özbaşınalıqlardan! Deməli, bu avtobusların sanki robotlaşdırılmış sürücüləri xidmət göstərdikləri vətəndaşlara qarşı o qədər kobud rəftarlar edirlər ki, deyəsən arada-bir belələrinə qarşı yazılmamış qanun dərslərinin verilməsi artıq danılmaz zərurətə çevrilir.

Pik və ya qeyri-pik saatlarında – hər zaman ağzına qədər dolu, intervalları kifayət qədər uzun olan 125-lər gah müvafiq dayanacaqlarda saxlamırlar, gah da hərt hansı bir tələbdə bulunan sərnişinlərə qarşı elə kobudluqla davranırlar ki, adamın əli üzündə qalır.

Məsələn, bir neçə gün əvvəl jurnalistlər şəhərciyinə yollandığım həmkarlarımla birgə evə dönərkən avtobus sürücüsü dayanacaqda saxlamadı. Hansı ki, quraşdırılan STOP düyməsini əvvəlcədən basdım ki, saxlasın. Çünki 125-lərin dəfələrlə (!!!) həmin dayanacaqda dayanmadıqlarının şahidi olmuşam. Düyməni basmağıma, üstəlik daha bir yaşlı sərnişin xanımın “saxla” çağırışına baxmayan həyasız sürücü 1,5 km kənardakı dayanacaqda saxladı (???!!!) Havanın qaralan saatı olduğu üçün binəva xanım da söylənə-söylənə bizim ardımızca payi-piyada geriyə dönməli olduq. Üstəlik sürücüyə irad bildirəndə o abırsızcasına bizə bildirdi ki, bəs düyməni niyə basmamışıq? İndi gəl bu DANABAŞA başa sal ki, düyməni basırdıq, sadəcə sənin kor gözün və kar qulağın bunu görməyib və duymayıb!!!

Növbəti hadisə isə iki gün əvvəl yaşanıb. Təhlükəli əyləc basan sürücüyə sərnişinlərdən biri irad tutdu ki, bəs ehtiyatlı olsun, arvad-uşaq var və s… Sürücü nə etsə yaxşıdır? Dayanacaq müəyyən olunmamış yerdə saxla və qapıları aç, irad tutan sərnişinə də de ki, xoşun gəlmirsə düş-get (???!!!)

Təbii ki, sərnişin düşmədi və digər sərnişinlər də deyinməyə başladılar. Sən demə bu da son deyilmiş. Sürücü bir az irəlilədikdən sonra avtobusu kənara çəkdi və qapılar bağlı vəziyyətdə 5 dəqiqəyə yaxın dayandı, yəni avtobusu sürmədi. Təxminən hər gün inzanlarımız belə DANABAŞ sürücülərlə rastlaşır və belə olan halda ictimai nəqliyyatın tənzimlənməsi ilə bağlı geninə-boluna danışan məsul şəxslərin ifadələrini dinləyərkən sadəcə qalırsan məəttəl.

Yeri gəlmişkən, yazdığım birinci hadisə ilə bağlı BNA-nın məsul şəxsi Mais Ağayevlə əlaqə saxladım və bildirdi ki, həmin sürücü cəzalandırılacaq. Xahiş etdim ki, əgər həmin cəza tətbiq olunacaqsa mənə də məlumat versin ki, ən azından ürəyim rahatlasın, bilim ki, həyasız və qaba sürücü ictimai nəqliyyatda sərniıin daşımağa layiq olan fərd deyil. Təəssüf ki, bunu da öyrənə bilmədik.

İndi mənə elə gəlir ki, bəlkə də BNA-ya məxsus
BakuBus-ların sürücülərinə qəsdən, bilərəkdən tapşırıq verilib ki, sərnişinlər arasında narazılıq yaratsınlar.

Hətta mümkündür ki, beklə sürücülərə premiya-zad da verilir. Məqsədlər isə müxtəlifdir – gediş haqlarını artırmaqdan tutmuş digər məsələlərə qədər. Ancaq sizləri inandırım ki, hətta gediş haqları 1 AZN olarsa belə, BakuBus-ların sürücüləri, ümumiyyətlə isə BNA düzəlməyəcək. Çünki himi belə qoyulub – saxta “mədəni xidmət” adı altında vətəndaşların əsəbləri ilə oynamaq, xalqı dövlət qurumlarından narazı salmaq və s.

Bunun adı isə SA-BO-TAJ-DIR!!!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button