Elm və təhsil

Azərbaycanda logistikanın Səmərəlilik Indeksinin gömrük daxilolmalarına təsirinin ekonometrik qiymətləndirilməsi

AMEA İqtisadiyyat İnstitutunun “Qloballaşma və beynəlxalq iqtisadi münasibətlər” şöbəsinin böyük elmi işçisi, iqtisad elmləri üzrə fəlsəfə doktoru, Yadigarov Təbriz Abdulla oğlunun 28-30 oktyabr 2020-ci il tarixində Kanadada onlayn qaydada keçirilən “DÜNYA ELMİ: Problemlər, perspektivlər və yeniliklər” (“WORLD SCIENCE: PROBLEMS, PROSPECTS AND INNOVATIONS”) II Beynəlxalq Elmi və Praktik Konfransın materiallarında AMEA iqtisadiyyat İnstitutunun dissertantı Hüseynova Tofiqə Ataxan qızı, Azərbaycan Respublikası Kapital Bank ASC-nin əməkdaşı Vəlizadə Babək Fazil oğlu və AMEA iqtisadiyyat İnstitutunun doktorantı Cəfərli Vəfa İlqar qızı ilə birlikdə “logistikanın səmərəlilik indeksinin gömrük daxilolmalarına təsirinin qiymətləndirilməsi” (ASSESSMENT OF THE IMPACT OF THE LOGISTICS PERFORMANCE İNDEX ON CUSTOMS REVENUES) mözusunda elmi məqaləsi dərc olunmuş və müəlliflər müvafiq sertifikatlarla mükafatlandırılmışlar.

Məqalədə Azərbaycan Respublikasının 2007-2019-cu illəri əhatə edən dövrlərdə xarici ticarət fəaliyyətindən gömrük rüsumları, ƏDV, aksiz və yol vergiləri üzrə dövlət büdcəsinə gömrük daxilolmalarının təhlili aparılmışdır.

2007-ci ildə Ümumdünya Bankının Finlandiyanın Turku şəhərində yerləşən Univesiteti ilə birlikdə dünya ölkələri üzrə logistikanın inkişaf səviyyəsinin hesablama metodukasına uyğun olaraq Azərbaycanda 2007-2019-cu illəri əhatə edən dövr üzrə nəqliyyat-ekspeditor şirkətlərinin logistik operatorları ilə aparılmış sorğulara əsasən müəlliflər tərəfindən logistikanın beynəlxalq səmərəlilik indeksi və daxili səmərəlilik indeksı hesablanmışdır.

Bu indeksə əsasən Azərbaycanda logistikanın səmərəlilik indeksinin inteqral göstəricisi müəyyən edilərək logistikanın səmərəlilik indeksinin gömrük daxilolmalarına təsirinin EViews proqram paketində ekonometrik qiymətləndirilməsi aparılmışdır.

Məqalə ilə linki vasitəsi ilə konfrans materiallarının 175-185-ci səhifələrindən tanış olmaq olar.

https://sci-conf.com.ua/wp-content/uploads/2020/10/WORLD-SCIENCE-PROBLEMS-PROSPECTS-AND-INNOVATIONS-28-30.10.20.pdf

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button