Ölkə

“İndiki mərhələdə BMT-nin də bu məsələdə aktiv rol oynaması vacibdir”-TOFİQ ZÜLFÜQAROV

Rusiya faktiki olaraq Türkiyənin münaqişədəki yerini və rolunu anlayır. Bu mənada bundan sonra ATƏT-in Minsk Qrupu danışıqlar prosesində iştirak etsə də, rəsmi Ankara ilə Moskva qədər önəmli olacağını düşünmürəm.Bu sözləri Axar.az-a sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ATƏT-in Minsk Qrupunun bundan sonrakı aqibəti haqda danışarkən deyib.

Onun sözlərinə görə, hazırda ATƏT-in Minsk Qrupu prosesə qayıtmaq istəyir:

“Hazırda biz elə bir mərhələdəyik ki, münaqişənin sadəcə, hərbi texniki məsələləri həll olunub. Digər məsələlər üçün isə danışıqlar prosesinə ehtiyac var. Bu zaman bəlkə ATƏT-in Minsk Qrupu prosesə qoşula bilər.

Aydındır ki, indiki mərhələdə BMT-nin də bu məsələdə aktiv rol oynaması vacibdir. Çünki sülhməramlı qoşunların fəaliyyəti BMT xüsusi qətnaməsi olmasa, beynəlxalq qanunlara ziddir. Buna görə də hesab edirəm ki, bu ilin axırında və ya gələn ilin əvvəlində bu məsələyə BMT-də də baxılacaq. Belə olacağı təqdirdə isə ATƏT-in Minsk Qrupunun fəaliyyətini biz yenidən görə biləcəyik. Çünki nəzərə almaq lazımdır ki, BMT münaqişədəki mandatını ATƏT-ə həvalə edib.

Lakin real vəziyyət bir daha onu göstərir ki, gələcək danışıqlar prosesində Türkiyə və Rusiyanın vasitəçiliyi həyati önəm kəsb edəcək”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button