Qarabağ

Qarabağ qazisi Mətin Həsənov

Mətin Bayram oğlu Həsənov 1978- ci ildə Bakıda ziyalı ailədə dünyaya göz açıb.1994- cü ildə Bakıdakı Mikayıl Müsfiq adına orta məktəbi əla qiymətlərlə bitirib.1995- ci ildə kiçik qardaşı Kənanla birlikdə Naxçıvan Dövlət Universitetinin ” Hərbi və fiziki təlim” fakültəsinə daxil olublar.

1996- cı ilə ailə vəziyyəti ilə əlaqədar qardaşı ilə birgə N.Tusi adına ADPU- nun eyni adlı fakültəsinə köçürülüblər.3- cü kursu bitirəndə 3 aylıq hərbi təlim keçərək hər ikisi leytenant rütbəsi alıblar.Mətin 19, Kənan 18 yaşında zabit rütbəsinə yiyələniblər.Sonra qardaşlar Bakı məktəblərində müəllim və hərbi işlər üzrə direktor müavini işləyiblər.

2003 – cü ildə vətənsevər qardaşlar könüllü hərbi xidmətə gedirlər.Mətin Quzanlıda, Kənan Murovda vətən keşiyində dayanırlar.Atəskəsu pozan, əsgərlərimizin qanına susayan neçə erməni gəbərdirlər.Baş leytenant kimi fəxri fərman, mükafatlarla Bakıya qayıdırlar.Və….məktəbdə yerlərinə müəllim götürürlər.Vətən fədailəri uzun müddət işsiz qalırlar.

Bir neçə il sonra Mətin özəl fabriklərin birində mühəndis kimi işə başlayır.Ötən il işlədiyi təşkilatda ixtisara düşür.İki övladı var.Qızı Afət Slavyan Universitetində 2- ci kursda( ödənişli), oğlu Murad isə orta məktəbdə təhsil alır.Həyat yoldaşı tibb bacısıdır.Anasını erkən itirən Mətinin atası uzun illərdir insult keçirtdikdən sonra yataq xəstəsidir.

27 sentyabrda çağırılmamış qonaqlar, işğalçı ermənilər məlum olduğu kimi atəşkəsi pozur.2- ci Qarabağ savaşı başlayır.Hər iki qardaş Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çagırış şöbəsinə yollanıb könüllü cəbhəyə getmək ücün ərizə ilə müraciət edirlər.

Hərbi komissarlıqdan deyirlər ki, bir ailədən iki zabit döyüşə gedə bilməz.Onlar dayıları tanınmış şair, professor Vüqar Əhmədə müraciət edirlər.Dayıları çox xahiş edir:- Bunları ayırmayın.İdarədən qəti bildirirlər:- Qanunu poza bilmərik.

Mətin cəbhəyə yollanır.Kənan isə növbə gözləyirMətin bölük(rota) komandiri kimi Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilanın işğaldan azad olunmasında əsgərləri ilə birgə qəhrəmanlıqla vuruşur, 100- lərlə erməni gəbərdirlər.Ağdərə döyüşlərində yaralanır.Əvvəlcə ata yurdu Füzulinin Bala Bəhmənli kəndinin hospitalında, sonra isə Biləsuvar rayon Mərkəzi Xəstəxanasında müalicə alır.

Kəskin kontuziya, bel diskinin zədələnməsi, sol ayagının travması, əli,qolu və ayağında qəlpələrlə hələ də müalicəyə ehtiyacı var.Biləsuvarda şəxsən icra başçısı Faiq müəllim yaralılara hər gün baş cəkir.Baş həkim Xoşbəxt xanım yaralı əsgər- zabitlərə analıq qayğısı göstərir.

Ehtiyac olmasa da insanlıq nümunəsi göstərərək Çaylı məktəbinin direktoru evdə xörək bişitdirib hər gün mer- meyvəsi ilə birgə xəstələr üçün göndərir.

ALİ BAŞ KOMANDANIN onlara qaygısı göz qabağındadır.Mətini Bakı Hərbi Hospitalına gətirirlər.10 Noyabr Qələbə günü münasibətilə Hospital Rəhbərliyi Mətini də iki həftəlik məzuniyuətə-evə buraxır.

Qeyd edirlər ki, 15 gün sonra müalicən davam edəcək.Ordu güneralı, Baş Sərkərdəmiz, sevimli prezidentimizin tapşırıgı ilə şəhid ailələri və Qarabağ qazilərinə qayğı daimi olacaq.Var ol Azərbaycan əsgəri! VAR OL ALİ BAŞ KOMANDANIMIZ! Allah Azərbaycanımızı qorusun! QƏLƏBƏMİZ MÜBARƏK!

Təhminə Vəliyeva- AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Daha çox
Back to top button