Siyasət

Rusiya nədən qorxurdu? Rus mətbuatından SENSASİON YAZI

Qazaxıstandakı kəskin böhran və sözsüz ən kulminasiya nöqtəsi KTMT silahlı qüvvələrinin bu ölkədə yerləşdirilməsi ilə bağlıdır. Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin müəmmalı müraciəti dünya mediasının diqqət mərkəzindədir. Prezidenti Qasım-Jomart Tokayev nədən qorxurdu? Bax bu çoxları üçün maraqlı idi. Elə son günlər rus nəşrləri və siyasi xadimləri biri-birinin ardınca Qazaxıstanı Rusiyaya birləşdirmək haqda bəyanatlar verirlər. Maraqlı məqam odur ki, Rusiyanı bu qədər qorxudan və təlaşa salan nədir?. Rusiyanın regnum agentliyi Rusiyanın Qazaxıstandakı planları barədə geniş yazı dərc edib. Və bu yazıda Rusiyanı qorxuya salan maraqlı detallar da yer alıb. Agentliyin dərc etdiyi yazıda aydın görünür ki, Rusiyanın əsas qorxusu Türkiyə ilə bağlıdır. Məhz bu səbədən Qazaxıstanda baş verənləri Türkiyə xüsusi xidmət orqanlarının işi kimi qələmə vermək istəyirlər.

Qazaxıstan Rusiyanı niyə qorxudurdu? Və Türkiyə amili Qazaxıstanda bu qədərmi böyük idi? . Sözsüz Rusiya mətbuatının yazdığı kimi Türkiyənin Qazaxıstanda təsiri o qədər də güclü deyil.

Rusiyanı qorxudan amil, Qazaxıstanın dünyada sabit mövqeyə malik olması və güclənməsi idi. Həmçinin Qazaxıstanda rusdilli əhalinin sayının kəskin azalması da rusları qorxuya salmışdı. Həmçinin Qazaxıstanın bir çox ölkələrdən xarici investisiya cəlb etməsi, Türk Dövlətləri Birliyində aparıcı mövqeyi Rusiyanı qorxudurdu. Türkiyənin “Sabah” qəzetinin yazdığına görə, “Orta Asiyanın ən böyük ölkəsi faktiki olaraq işğal edilib”.

Rusiyanın “Regnum” agentliyi Türk Dövlətləri Birliyinin 2021-ci ilin noyabrında İstanbulda keçirilən sammitinin qərarlarına diqqət yetirməyə çağırır. Həmçinin agentliyin yazısında qeyd edilir ki, Rusiya Qazaxıstana girməyi gecikdirsə idi, bu Turanın reallaşacağı ilə barışmaq idi. Bir sözlə Rusiya öz istəyinə çatmaq üçün vaxtında qərar verib. Rusiyanın Qazaxıstandan çəkinməsinin bir başqa səbəbi də var.

Söhbət Qazaxıstan və Türkiyə arasında iqtisadi və hərbi-siyasi ittifaqın formalaşdırılması üçün qazax dilinin latın əlifbasına keçidi, məlumat mübadiləsinin təşkili və gömrük nəzarəti prosedurlarının sadələşdirilməsindən gedir. Bununla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “altı dövlət bir millət” tezisini irəli sürüb.

Türkiyənin “Cümhuriyyət” qəzeti yazır: “KTMT ölkələri Qazaxıstan prezidenti Tokayevin yardım xahişinə tez bir zamanda ölkəyə sülhməramlı kontingent göndərməklə cavab verdilər bu da beynəlxalq qanunlara ziddir. Bir sözlə Rusiya Qazaxıstanı cəzalandırmaq üçün məqam gözləyirdi və bu an gəldi.”

“Rusiya Turan ideyasını gercəkləşdirməyə çalışan Ərdoğanın planını elə beşikdə boğdu” -bu isə Rusiya mətbuatının mövqeyidir.

Hadisələrin hansı axarda davam edəcəyinə isə zaman qərar verəcək/alp.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button