İdman

Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Kişi boksçular arasında Azərbaycan çempionatında 2-ci günün döyüşləri başa çatıb

Federasiyadan verilən məlumata görə, 38 komandanın qatıldığı yarışda daha 19 qarşılaşma keçirilib.

67 kq-da 1/8 finala, 54, 60 və 86 kq çəki dərəcələrində isə 1/4 finala yüksələn boksçular müəyyənləşib. Mərhələ adlayanlar sırasında Avropa çempionatının finalçısı Ruslan Qədirov da yer alıb.

Oktyabrın 20-də daha 17 görüş olacaq. Boks Mərkəzində keçirilən döyüşlər saat 14:00-da başlanacaq.

Qeyd edək ki, yarışın qalibləri oktyabrın 25-də bəlli olacaq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button