Elm və təhsil

Məktəb direktoru tanınmış şairi məhkəməyə verib

Şair-jurnalist Elşad Barat “Facebook” sosial şəbəkəsində 244 nömrəli məktəbin direktoru Yəhya Abbasovla bağlı status paylaşıb.

Elşad Barat qeyd edib ki,bu adam 244 nömrəli məktəbin direktoru Yəhya Abbasovdur. Deməli. Mən öncə qızımı 244 nömrəli məktəbə qoydum, orada dövlət rüsumu adı ilə məndən pul istədilər. Ona görə də qızımı o məktəbdən çıxardım. Sonra da yazdım ki, bu məktəbdə birinci siniflərin valideynlərindən pul yığılır. Daha sonra direktor Yəhya Abbasov mənə zəng etdi, görüş istədi, görüşə getmədim, bəlkə də əlli adam göndərdi, xahiş minnət yağdırdı, yazını silmədim. İndi də məni məhkəməyə verib ki, guya buna şər atmışam, şərəf və ləyaqətini alçaltmışam.

P.S pul almaqla bağlı səsyazma var məndə.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

Analoq.az

Daha çox
Back to top button
Close