Siyasət

ABŞ və Rusiya müdafiə nazirləri Ukrayna barədə danışıblar

Rusiyanın müdafiə naziri Sergey Şoyqu ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə telefonda Ukraynadakı vəziyyəti müzakirə edib

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Şoyqu ilə Ostinin telefon danışığı olduğu bildirilib.

Açıqlamada deyilir ki, Rusiyanın müdafiə naziri Şoyqu oktyabrın 21-də ABŞ müdafiə naziri Ostin ilə telefon danışığı aparıb. İki nazir Ukraynadakı vəziyyəti müzakirə ediblər.

Şoyqu, həmçinin Türkiyə müdafiə naziri Hulusi Akar, Fransanın müdafiə naziri Sebastien Lecornu və İngiltərənin müdafiə naziri Ben Uallase ilə telefon danışığında Ukrayna məsələsini müzakirə edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button