Cəmiyyət

“Paşinyanı ömürlük həbsxanaya salın”-Erməni rejissor

Rejissor Tiqran Keosayan Youtube kanalında gündəlik verilişində Ermənistanın baş naziri Nikol Paşinyanı sərt tənqid edərək emosional çıxış edib. Keosayan, Paşinyanın niyə “Artsax”ı tanımadığını, yeni silah almadığını və barışıq prosesində iştirakdan imtina etdiyini düşünməyə çağırıb.

Keosayan çıxışını lənətlərlə davam etdirib. O, Paşinyanın Sorosa sadiq qaldığını və mütəmadi olaraq Rusiyanın Qafqazdakı təsirini artırmasını istəməyən ABŞ-a itaət etdiyini qeyd edib. “Paşinyan bir alçaqdır və xaindir, erməni xalqının yaddaşında əbədi olaraq belə qalacaq”- o deyib.

“Paşinyan günahkardır ki, özü də böyük ölçüdə provokasiya etdiyi milli çöküş şəraitində “Qərbin köməyi” düşüncəsindən yuxarı qalxa və düzgün qərarlar qəbul edə bilmədi”- deyən Keosayan əlavə edib ki, indi erməni döyüşçülərinin tökdükləri hər damla qan və analarının tökdükləri hər göz yaşı Ermənistan baş nazirinin vicdanındadır.

Rejissor qeyd edib ki, Ermənistanda Paşinyana qarşı etirazçılar arasında, hakimiyyət uğrunda mübarizə apararkən onu dəstəkləyənlər çoxdur. O, bu insanların siyasət uğrunda mübarizə apararkən və bu siyasətçini dəstəkləyəndə nə düşündüklərini soruşur.

“Ancaq Paşinyanın tərəfdaşlarını döyməməlisən. Paşinyan başda olmaqla hamısı mühakimə olunmalıdır. Sonra da ömürlük həbsxanaya salın, ancaq bir kamerada deyil, bir çuxurda” deyən Keosayan məktəbliləri çuxura ekskursiyaya aparmağı və 2-ci Qarabağ müharibəsinin uduzan keçmiş liderini göstərməyi təklif edir.sia.az

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button