Dünya

Sülhməramlılardan ibarət daha 22 təyyarə İrəvana eniş edib

İl-76” və “An-124” təyyarələri Rusiyaya sülhməramlı qüvvələrin Qarabağa köçürülməsi çərçivəsində bir gün ərzində Ermənistana 22 uçuş həyata keçirib və 64 ədəd avtomobil və xüsusi texnika çatdırıb.Müdafiə Nazirliyinin açıqlamasında bu barədə qeyd olunub.

“Ulyanovsk-Vostoçnıy aerodromundan gün ərzində Rusiya Aerokosmik Qüvvələrinin “İl-76” və “An-124” hərbi nəqliyyat təyyarələri 22 uçuş həyata keçirib. Ermənistana 64 ədəd avtomobil və xüsusi texnika, yük maşınları, tank, ekskavatorlar və digər maddi-texniki təminat avadanlığı daşınıb”,- deyə açıqlamada vurğulanıb.

Bildirilib ki, İrəvana gedən personal və texnika hərbi kolonlar şəklində ayrılaraq Dağlıq Qarabağa doğru istiqamət götürürlər. Marşrut havadan “Mi-8” və “Mi-24” vertolyotları ilə müşayiət edilir.Qafqazinfo

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button