Siyasət

Müharibədən sonra düşmənin Azərbaycanın addımlarına həsədi

Ermənistan mediası Azərbaycan (Türkiyə) və Ermənistanın 44 günlük müharibədən sonrakı 8 gündə gördüyü işlər aşağıdakı kimi təsbit edib:

Azərbaycan-Türkiyə

1. Türkiyə Naxçıvana, oradan isə Ermənistandan keçməklə Azərbaycana doğru uzanacaq dəmiryolun tikintisinə başlayıb;

2. Azərbaycan Füzuli-Şuşa və Yevlax-Xankəndi avtomobil yolunun çəkilişinə start verib;

3. Türkvision mahnı yarışmasının Şuşada keçiriləcəyi elan olunub;

4. Türkiyə parlamenti türk ordusunun Azərbaycana göndərilməsi barədə qanun layihəsini bəyənib;

5. Azərbaycan Zəngilan rayonundakı mədəndə qızıl hasilatı üzrə işə başlayıb;

6. Azərbaycan işğaldan azad edilmiş ərazilərdə teleradio verilişlərinin yayılmasını təmin edib.

Ermənistan

1.Ev-eşiksiz qalmış qarabağlı ermənilərə 140 dollar vəsait ayırıb;

2.Bir neçə çəmur istefa verib və “Mənim addımım” partiyasından çıxıb;

3.Talanlarda iştirak edən 70 nəfər barəsəində axtarış verilib;

4. Baş nazir yaranmış situasiyadan çıxışa dair yol xəritəsi dərc etdirib.

Daha sonra erməni mediası qeyd edir ki, müharibədən keçən 8 gündə Ermənistan rəhbərliyi inkişaf və güclü dövlət, iqtisadiyyat və ordu qurmaq məsələsinə yeni yanaşma nəzərdə tutmur: “Bizim tempimiz düşməninkindən əhəmiyyətli dərəcədə gedir qalır”.Musavat.com

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button