Araşdırma

İsrail-Azərbaycan əlaqələri qədim tarixi köklərə söykənir

İsrail və Azərbaycan dövlətləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələri qədim tarixi köklərə söykənir.İsrail və Azərbaycan xalqları tarixin ən mürəkkəb məqamlarda qarşılıqlı anlaşmaya və tolerantlığa əsaslanan birgəyaşayış nümunəsini bütün dünyaya nümayiş etdirə bilmişlər.

Yəhudilik Azərbaycanda tarixən dağ yəhudiləri ilə təmsil olunmuşdur.Alban tarixçisi Moisey Kalankatuklu dağ yəhudilərinin Qafqaza gəlişini e.ə I əsrə aid edir.

Avropa yəhudilərinin Azərbaycanda məskunlaşması isə XX əsrin əvvəllərinə təsadüf edir.Hazırda Azərbaycan yəhudi əhalisinin sayına görə digər Qafqaz ölkələrini qabaqlayır.

Bu gün İsrail və Azərbaycan dövlətləri arasındakı sıx dostluq əlaqələri və tarixi bağlardan ən çox narahat olan dövlət, heç şübhəsiz ki, Ermənistandır.Lakin Azərbaycandan fərqli olaraq Ermənistanın daxili və diaspor nəşrlərində yəhudilər pislənir, tənqid edilir, hətta təhqir olunurlar.

Erməni antisemitizmi nəinki dünyanın müxtəlif ölkələrində hətta Azərbaycanda da yəhudiləri təqib etmişdir.1918-ci il martın 30-dan aprelin 2-nədək Stepan Şaumyanın rəhbərliyi ilə Bakı quberniyasının yerli əhalisinə qarşı törədilən qətliamlar zamanı 3 min dinc yəhudinin xüsusi amansızlıqla qətlə yetirilməsi bunun bariz nümunəsi idi.

Bunu həmin dövrün rəsmi yazışmaları və tarixi sənədləri, həmçinin 2007-ci ildə Quba şəhər stadionunun təmiri zamanı aşkar edilmiş kütləvi qəbiristanlıq bir daha təsdiq edir.

1972-ci ildə Münhen şəhərində keçirilən Yay Olimpiya Oyunları zamanı İsrail Olimpiya Millisinin üzvlərinə qarşı terror aktı həyata keçirmiş “Qara sentyabr” təşkilatının erməni terror təşkilatı “ASALA” ilə sıx müttəfiqlik əlaqələrinin olması və bu terror təşkilatının vaxtaşırı olaraq İsrail hökumətini hədələməsi erməni antisemitizminin növbəti təzahürüdür.

1998-ci ildə erməni siyasətçisi İqor Muradyanın öz məqaləsində yəhudiləri etnik münaqişələrin səbəbkarı adlandırması, Romen Yepiksoposyanın 2002-ci ildə yazdığı “Milli sistem” kitabında yəhudiləri və türkləri ermənilərin başlıca düşməni adlandırması və Holokostun Ari irqini gözdən salmaq məqsədi ilə yəhudilər tərəfindən uydurulduğunu iddia etməsi, “Erməni Arian Partiyası”nın lideri Armen Avetsiyanın erməni soyqırımını tanımadığı üçün İsrailin səfiri Rivka Koheni “persona non granta” elan etməsi, 2004-cü ildə Tiqran Karapetyanın kanalındakı verilişlərdən birində qondarma erməni soyqırımının səbəbkarlarının yəhudilər olması haqqında fikirlərin səsləndirilməsi, həmin ilin 23 oktyabrında “Etnik və Dini Azlıq Departamenti”nin sədri Hranoush Karatyanın yəhudilərin Şabat ayinlərini yerinə yetirərkən digər dinlərin mənsublarını təhqir etdiyini iddia etməsi, 2007-ci ildə İrəvandakı Holokost abidəsinin dağıdılması və abidənin üzərinə svastikanın çəkilməsi Ermənistanda antisemitist ünsürlərin mövcudluğunu və onların kifayət qədər geniş kütləyə sahib olduğunu göstərir.

Bütün bunlara baxmayaraq Ermənistanın hələ də İsrail və Azərbaycan münasibətlərinə qısqanclıqla yanaşması sadəcə gülüş doğurur.

İsrail və Azərbaycan arasındakı qarşılıqlı əlaqələr dünyada və regionda sülh və əmin-əmanlığın möhkəmləndirilməsinə xidmət edir.Bu dostluq və müttəfiqlik münasibətləri tarixən olub və bundan sonra da yüksələn xətt üzrə davam edəcəkdir!

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button